Açıq kosmosda qızıl aşkar olunub
Tarix: 08-10-2025 09:58 | Bölmə: Xəbərlər
Açıq kosmosda qızıl aşkar olunub

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) 2023-cü ilin oktyabrından qızıl və metallarla zəngin olan "Psixeya" adlı 16 ədəd asteroidə missiya göndərib. Bunun səbəbi həm də Marsla Yupiter arasında daima hərəkət edən nəhəng kosmik obyektin tərkibindəki təxminən 100 min kvadrilyon dollar dəyərində qiymətli metallarla bağlı araşdırma aparmaqdır.

Reyting.az
-ın xəbərinə görə, alimlər bildiriblər ki, missiyanın əsas məqsədi mədən hasilatı deyil, həmin planetlərin daxili qatlarının necə formalaşdığını ətraflı öyrənməkdir.

Tədqiqatçıların ehtimalına görə, mümkündür ki, "Psixeya" bir vaxtlar gənc planetin nüvəsi olub.

Mütəxəssislərin fikrincə, həmin asteroidlərdə mədən hasilatı üçün texnoloji baryerlər az olsa da, avadanlıqlar hələlik NASA-nın texnoloji hazırlıq səviyyəsi üzrə tamamilə normal hesab olunmayan səviyyədə, yəni 3–5-ci mərhələdədir. Belə bir missiyanı uğurla reallaşdırmaq üçün 6–7-ci səviyyəyə çatmaq lazımdır.

Hazırda ABŞ dövlət agentlikləri elmi tədqiqatlara yönəlsə də, "AstroForge" və "TransAstra" kimi böyük və özəl şirkətlər artıq yaxın gələcəkdə həyata keçiriləcək kosmosda resursların hasilatı üzərində işləyirlər.

Ekspertlər deyiblər ki, metalların Yerə gətirilməsi iqtisadi cəhətdən sərfəli deyil. Əvəzində, kosmosda əldə olunan su, həm də metallardan birbaşa orada da istifadə etməklə, yanacaq istehsalı üçün, eləcə də peyk tikintisi məqsədilə böyük ehtiyatlar ayırmaq daha perspektivli ola bilər.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər