07:12 / 08-10-2025
Kreml Trampa ümid bəsləyir
Professor oyuna görə Ginnesin Rekordlar Kitabına düşüb - Fotolar
Tarix: 08-10-2025 07:47 | Bölmə: Cəmiyyət
Professor oyuna görə Ginnesin Rekordlar Kitabına düşüb

Kanadalı professor Robert Uordhau "Dungeons & Dragons" adlı 43 illik bir oyunun müəllifi kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Reyting.az
xatırladır ki, bu oyun 1982-ci ilin aprel ayının 25-dən kiçik Borden şəhərində, Saskaçen bölgəsində fasiləsiz olaraq 43 ildir davam edir. Uzun müddət ərzində oyunda 500-dən çox personajın iştirak etdiyi bildirilir. Eyni zamanda, davamlı şəkildə oyunun daxilində dörd əsri əhatə edən hadisələr baş verib.

Sözügedən məşhur oyunun yaradıcıları, eləcə də müəllif Uordhau həftədə iki-üç dəfə sessiya keçirdiyini, bu kampaniyanın bir neçə həftədən artıq dayanmadığını bildirib.



Professor Robert Uordhaunun dediyinə görə, onun evində 30 minə yaxın fiqur və xəritələr, həmçinin çox yüksək bir şəraitə malik olan miniatür dekorasiyalarla dolu xüsusi oyun studiyası yaradılıb.

Müəllif əlavə edib ki, o, uzunömürlülüyün sirrini "canlı dünya" konsepsiyasında görür.

Uordhau deyib ki, məhz elə bu səbəbdən də o, daim qaydaları, oyunun süjetlərini yeniləməklə, klassik "D&D" mexanikasını öz orijinal ideyaları ilə birləşdirir.



Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər