07:12 / 08-10-2025
Kreml Trampa ümid bəsləyir
Tramp: Qarşıdakı 48 saat həlledici olacaq
Tarix: 08-10-2025 09:01 | Bölmə: Siyasət
Tramp: Qarşıdakı 48 saat həlledici olacaq

ABŞ prezidenti Donald Tramp İsrail və HƏMAS arasında danışıqlara aydınlıq gətirib.

Reyting.az
xəbər verir ki, Tramp bu barədə “Fox News”a açıqlamasında danışıb.

Onun sözlərinə görə, qarşıdakı 48 saat Qəzza zolağında münaqişənin həlli üçün həlledici müddət olacaq.

Tramp daha əvvəl bildirmişdi ki, Qəzza danışıqları yaxşı gedir, çünki İsrail HƏMAS hərəkatının Qəzzada atəşkəs təklifinə verdiyi cavaba müsbət yanaşıb.

Bir gün əvvəl ABŞ lideri Qəzzada vəziyyətin nizamlanması üçün 20 bəndlik planı olduğunu, Misirdə İsrail və HƏMAS nümayəndə heyətləri arasında dolayı danışıqlara start verildiyini demişdi.

Y. QACAR




Bölməyə aid digər xəbərlər