Rus ordusu Ukraynanın iki vilayətində irəliləyir - Foto
Tarix: 08-10-2025 10:39 | Bölmə: Slayd
Rus ordusu Ukraynanın iki vilayətində irəliləyir

Rusiya qoşunları Ukraynanın Sumı və Zaporojya vilayətlərində irəliləyiş əldə edib.

Reyting.az
xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” monitorinq layihəsi bildirib.

Rus ordusunun irəliləyişi altı yaşayış məntəqəsini əhatə edir.

“Xüsusilə, yenilənmiş xəritədə Sumı rayonunda düşmənin Novomıkolayivka kəndi yaxınlığında irəliləyiş olduğu göstərilir. Zaporojye bölgəsində də işğalçılar beş kəndin: Novoivanivka, Oxotniçye, Malinivka, Vışneve və Poltavka yaxınlığında irəliləməyə nail olublar”,- “DeepState”-nin məlumatında qeyd edilir.



Bundan əvvəl ruslar Dnepropetrovsk vilayətinin Verbovedən şimalda yerləşən Oleksiyivka kəndinə daxil olublar. “DeepState” analitikləri bildiriblər ki, son iki gün ərzində bir neçə rus əsgər qrupu yüngül maşınlarla şərq istiqamətindən keçərək kəndə daxil olmağı bacarıblar.

Bundan başqa, bu yaxınlarda Rusiya ordusunun Dnepropetrovsk vilayətinin Maliyivka kəndini işğal etməsi barədə məlumat yayılıb. Dnepropetrovsk vilayətinin Voronoe məntəqi yaxınlığında da rusların irəlilədiyi də bildirilir.

E. KAMAL





Bölməyə aid digər xəbərlər