Ankara hökumətlə üsyançıların razılaşmasını alqışlayır
Tarix: 17-11-2025 08:52 | Bölmə: Xəbərlər
Ankara hökumətlə üsyançıların razılaşmasını alqışlayır

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Konqo Demokratik Respublikası ilə üsyançılar arasında razılaşmanı alqışlayıb.

Reyting.az
“Anadolu” agentliyinə istinadla xəbər verir ki, Türkiyə XİN razılaşmanı Konqo Demokratik Respublikasının şərqində davamlı nizamlanmaya doğru atılan mühüm addım adlandırıb.

Türkiyə XİN-dən Konqo Demokratik Respublikası səlahiyyətliləri ilə üsyançı qruplar - 23 Mart Hərəkatı (M23), eləcə də onun siyasi qanadı Konqo Çay Alyansı (AFC) arasında razılaşmaların əldə edilməsini alqışladığı bildirilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər