Tramp suala görə jurnalisti təhqir edib
Tarix: 17-11-2025 09:06 | Bölmə: Dünya
Tramp suala görə jurnalisti təhqir edib

ABŞ prezidenti Donald Tramp Ağ evin maliyyəçi Ceffri Epşteynlə əlaqələri ilə bağlı məlumatları gizlətmək cəhdi ilə bağlı sualına görə qadın jurnalisti təhqir edib.

Reyting.az
xarici mediaya istinadla xəbər verir ki, bu, Amerika liderinin Palm-Biçdə media təmsilçiləri ilə təmasları zamanı baş verib.

Jurnalistin “Konqresmen Tomas Massinin Trampın Epsteynlə əlaqələrini araşdırmaq çağırışı ilə bağlı sözləri nəyisə ört-basdır etmək üçün tüstü pərdəsi ola bilərmi? - sualına ABŞ lideri “Mən bu haqda danışmaq istəmirəm, çünki sizin kimi saxta xəbər agentlikləri və siz qorxunc bir müxbirsiniz. Sadəcə olaraq, Tramp administrasiyasının uğurlarından yayınmaq üçün bunu gündəmə gətirməyə davam edirsiniz”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər