Luvr muzeyi tətilə görə bağlıdır
Tarix: 16-12-2025 08:54 | Bölmə: Xəbərlər

Luvr muzeyi tətilə görə bağlıdır

Fransanın Mədəniyyət naziri Raçida Datiyə göndərilən məktubda həmkarlar ittifaqları binadakı texniki problemlərin və narahatlığın “Luvr ziyarətini əzaba çevirdiyini” bildiriblər.

Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, cari il oktyabrın 19-da qiymətli tarixi sərvətlərin oğurlanması ilə gündəmə gələn Parisin dünyaca məşhur Luvr muzeyi bu gündən etibarən işçilərin tətili səbəbindən bağlanıb. Muzey rəhbərliyi isə böyük ziyarətçi axınına görə açılışın təxirə salındığını bildirib.

Yarıtmaz iş şəraiti və təhlükəsizlik baxımından tətilə çıxan muzeyin işçiləri Luvrun qarşısına toplaşaraq “Luvr muzeyi tətil edir”,- yazılmış plakatlar açıblar.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
27-01-2026, 12:45 Arpaçay su anbarı donub