Jurnalistin həbs səbəbi bilindi – Etiraf
Tarix: 15-10-2019 20:56 | Bölmə: Xəbərlər
Jurnalistin həbs səbəbi bilindi

Bir müddət İranda həbsdə olmuş rusiyalı jurnalist Yuliya Yuzik ilk müsahibələrindən birində başına gələnləri danışıb.

Reyting.az
“Azadlıq Radiosu”na istinadla xəbər verir ki, Yuzik həbsinin İnqilab Keşikçiləri Korpusunun (İİKK) kəşfiyyat xidmətinin keçmiş komandiri Əli Nəsirinin qaçış xəbəri ilə bağlılığını təsdiqləyb.

“Facebook”-da İsrail xəbərlərini yayımladığım “Middle East News” adlı analitik bir səhifəm var idi və Nəsirinin qaçışını Rusiyadakı digər nəşrlərdən daha tez mən xəbər verdim. İndi bütün yazdıqlarımın İran xüsusi xidmət orqanlarına verildiyinə əminəm və bu komandirin qaçması xəbəri həqiqətdə şayiə idi... Xeyr, onu tanımırdım. Təsəvvür edin, Əli Nəsiri hələ də İranın əks-kəşfiyyatındadır və mən onun İsrail məxfi xidmətlərinin casusu olduğunu yazaraq İrana qayıtmışdım. Odur ki, məni İsrail üçün casusluqda ittiham etdilər”.




Bölməyə aid digər xəbərlər