12:50 / 12-07-2025
Suriya prezidenti Azərbaycana gəlib
12:27 / 12-07-2025
Mətbuat Şurası: "Rusiya KİV-i xarici siyasət təsir aləti kimi daha fəal istifadə edir"
12:18 / 12-07-2025
Sabah 41 dərəcə isti hava olacaq
11:24 / 12-07-2025
Ali Məhkəmənin hakimi təqaüdə göndərilib - Foto
11:11 / 12-07-2025
Sumqayıtda kürəkən qayınatasını öldürüb
10:21 / 12-07-2025
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
09:46 / 12-07-2025
Polis Beyləqanda 9 nəfəri saxlayıb - Fotolar
09:21 / 12-07-2025
İsmayıllı rayonunda zəlzələ olub
21:16 / 11-07-2025
Xocalı soyqırımı zamanı girov götürülmüş qadın: "Yaşyarımlıq oğlum..." - Yenilənib
19:05 / 11-07-2025
"Qarabağ" klubu növbəti yoxlama oyununda qalib gəlib
18:06 / 11-07-2025
İqtisadi Şuranın iclası keçirilib
18:02 / 11-07-2025
Maliyyə Nazirliyi depozit hərracları keçirib
17:59 / 11-07-2025
Yerə düşən Mars parçası satışa çıxarılır
17:47 / 11-07-2025
Könül İbrahimlinin ölümü ilə bağlı cinayət işi açılıb
17:45 / 11-07-2025
Fransada üç deputatın mandatı ləğv edilib
17:37 / 11-07-2025
Kim Çen In Putinə nə qədər sursat verir?
17:32 / 11-07-2025
Aİ Azərbaycan və Ermənistana çağırış edib: sülh sazişini tezləşdirin!
17:24 / 11-07-2025
Bakı və daha üç bölgədə yaşıllıqlar məhv edilib
17:08 / 11-07-2025
Böyük şəhərlərdə pensiyalar verilir
17:01 / 11-07-2025
Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişib - Fərman
16:57 / 11-07-2025
Prorektor vəzifədən azad olunub
16:56 / 11-07-2025
Rusiya Polşanın Baş Konsulluğunu bağlayır
16:32 / 11-07-2025
Ağsaqqallar Şurasının sədr müavini mıəhkəmədə dindiriləcək
16:06 / 11-07-2025
Ekspert: “Əgər məsuliyyətə cəlb olunmalı bir nəfər varsa, o da Emin Əmrullayevdir"
15:45 / 11-07-2025
"Karvan" daha bir futbolçu ilə anlaşıb
15:41 / 11-07-2025
Havanın temperaturu 41 dərəcəyə qalxacaq - Xəbərdarlıq
15:06 / 11-07-2025
Sosial xidmət müəssisələrinə nəzarət qrupu yaradılır
14:35 / 11-07-2025
Azərbaycan I Liqasının başlama tarixi bəlli olub
14:33 / 11-07-2025
Azərbaycanın daha iki abidəsi UNESCO-nun siyahısına daxil edilib - Foto
14:09 / 11-07-2025
Mollazadə: “Danışıqlardan müsbət nəticə gözləyirik”
12:16 / 08-07-2025

15:10 / 07-07-2025

14:53 / 10-07-2025

13:25 / 08-07-2025

17:43 / 07-07-2025

18:33 / 07-07-2025

17:07 / 08-07-2025

00:11 / 11-07-2025

14:27 / 09-07-2025

14:39 / 07-07-2025

22:43 / 07-07-2025

15:54 / 07-07-2025

Mətbuat Şurası Prezidentə "Təkliflər paketi" göndərəcək
Tarix: 18-10-2019 19:05 | Bölmə: Xəbərlər

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib.
Reyting.az xəbər verir ki, toplatını açan MŞ sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə ölkə mediasına da aid edilə biləcək fikirlərini bölüşüb:
"Dövlət başçısı bildirib ki, iqtidarda olan bəzi vəzifə sahibləri islahatlara qarşı çıxırlar. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrların qaralanması halları olur ki, bu zaman mətbuatdan istifadə edilir. Prezident medianın daxili mübarizə növünə çevrildiyinə, bir hökumət üzvünün digəri tərəfindən şantaj edildiyinə, ləkələndiyinə diqqət çəkərək vəziyyəti dözülməz adlandırıb, belə mənfi təmayülləri islahatlara maneçilik törədən hallar kimi dəyərləndirib, bununla barışılmayacağını vurğulayıb".
Ə. Amaşov deyib ki, medianın özünütənzimləmə qurumu olan Azərbaycan Mətbuat Şurası məsələyə münasibətini ifadə etməli, fəaliyyət perspektivlərini müəyyənləşdirməlidir.
MŞ İdarə Heyətinin üzvləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dövlət idarəçiliyi baxımından kifayət qədər aktual olan məsələyə həssas münasibət göstərdiyi üçün təşəkkürlərini bildiriblər. Onlar qeyd ediblər ki, mediamız mahiyyətcə yenilikləri, cəmiyyəti inkişafa aparan prosesləri dəstəkləyən mütərəqqi təbiətə malikdir. Dövlət başçısı da buna çalışır və onun mesajları jurnalistika qarşısında yeni vəzifələr müəyyənləşdirir. Ölkənin aparıcı KİV-ləri Prezidentin kursuna sadiqdirlər, bu vəzifələri yerinə yetirməyə, mövcud istiqamətdə qətiyyətli mövqe və iradə nümayişinə hazırdırlar.
MŞ İdarə Heyətinin üzvləri çıxışlarında ölkədə media sahəsindəki duruma, o cümlədən jurnalistikadan sui-istifadə hallarını şərtləndirən cəhətlərə ətraflı nəzər salıblar. Bu sui-istifadələrin fəsadlarının indiyədək də hiss olunduğunu diqqətə çatdıran İH üzvləri vurğulayıblar ki, hazırda vəziyyətin ciddiliyi ölkəmizin gələcəyi üçün aparılan islahatlara maneçilik törətmə meyli ilə əsaslandırılır.
İclasda bildirilib ki, media məkanımızdakı mənfi tendensiyalardan biri ayrı-ayrı şəxslərin sırf təmənnalı münasibətdən irəli gələn, şantaj məqsədilə yaratdıqları informasiya saytları ilə əlaqədardır. Belələri bir qayda olaraq konkret hədəf seçir və onunla bağlı həqiqətə uyğun olmayan, uydurma fikirləri, mülahizələri yayır. Bir çox hallarda özləri kimi cəmiyyətdə tanınmayan media vasitələrinin şəbəkəsində təmsil olunurlar. Nəticə etibarilə bir tənqid hədəfi barədə bəzən on-on beş saytda material yer alır. Beləliklə məsələnin ictimailəşdiyinə dair rəy formalaşdırılır ki, bu isə barəsində yazılan şəxsdə qorxu və çaşqınlıq yaratmaq məqsədi güdür.
İkinci cəhət budur ki, ziddiyyətli münasibətdə olan tərəflərdən biri digərini hədəf seçir. Bu zaman saxta elektron poçt ünvanı yaradılır. Həmin ünvan vasitəsilə rüsvayedici materiallar təxminən otuz-qırx və daha çox saytın elektron poçt ünvanına yönləndirilir. Saytlar isə həmin materialları heç bir araşdırma aparmadan, qarşı tərəfin mövqeyinin öyrənilməsi prinsipinə məhəl qoymadan, əsl həqiqətlərin nədən ibarət olduğunu aydınlaşdıramağa cəhd göstərmədən yayımlayırlar. Bəzən ictimai rəydə müəyyən çəkisi olan informasiya resursları da məsələyə həssas yanaşmayaraq həmin materialları tirajlayır, qeyri-peşəkarlığa yol verirlər.
Növbəti xoşagəlməz cəhət ayrı-ayrı vəzifə sahiblərinin sırf rəqiblərini sıradan çıxarmaq məqsədilə ilə əllərində saxladıqları, bir çox hallarda özləri tərəfindən yaratdıqları internet media vasitələri ilə bağlıdır. Bu saytlar gündəlik fəaliyyətlərində adətən adi xəbər yayıcısı kimi görünürlər. Ayrı-ayrı şəxslərin təmənnalı münasibətdən irəli gələn şantaj məqsədilə yaratdıqları informasiya vasitələrinin materiallarından fərqli olaraq, belə resurslarda ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı ilə bağlı həqiqiliyi təsdiqlənmiş, şübhə doğurmayan, ciddi informasiya resurslarından olduğu kimi götürülmüş xəbərlər yer alır. Ancaq «zərurət» yarandığı hallarda konkret hədəflər aydın görünür.
MŞ İdarə Heyətinin üzvləri vəziyyətdən çıxmaq üçün təkliflər səsləndiriblər. Bu xüsusda bildirilib ki, ölkə qanunvericiliyində internet kütləvi informasiyanın yayıldığı areal kimi göstərilir. Ancaq qanun internet üzərindən yayımlanan media orqanlarını hüquqi baxımdan kütləvi informasiya vasitəsi kimi tanımır. Onların bir hissəsi məhdud məsuliyyətli cəmiyyət statusunda fəaliyyətdədirlər. Mütləq əksəriyyəti isə hüquqi münasibətlər sistemində ümumiyyətlə təmsil olunmurlar. Ənənəvi mediadan fərqli olaraq qanunvericilik onlar qarşısında KİV kimi heç bir məsuliyyət müəyyənləşdirmir. Yalnız «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» və «Telekommunikasiya haqqında» Qanunlara edilən sonuncu dəyişiklik provayderlər üzərində müəyyən məsuliyyət formalaşdırır. Bu isə ümumi mənzərə baxımından yetərli deyil. Buna görə də İH üzvləri internet üzərindən yayımlanan media vasitələrinin KİV kimi qeydiyyatının aparılmasını, bunun qanunvericilikdə əksini tapmasını, həmçinin qanunda internet media üçün texniki meyarların müəyyənləşdirilməsini təklif ediblər.
MŞ İdarə Heyətinin üzvləri həmçinin bildiriblər ki, mediadan sui-istifadə meyllərinə qarşı mübarizədə yalnız ictimai qınaqla kifayətlənmək effektiv nəticə vermir. Bu baxımdan Mətbuat Şurası haqqında ayrıca qanuna ehtiyacın duyulduğu önə çəkilib. Belə bir qanun həm imkan verəcək ki, Şuranın texniki imkanları genişlənsin, həm medianın özünütənzimləmə qurumu strukturu daha çevik fəaliyyət göstərsin, həm də adekvat məsuliyyət növlərinin seçilməsi ilə bu sahədə düzən yaradılsın. Bu, Prezident İlham Əliyevin iqtisadi müşavirədəki çıxışında səsləndirdiyi neqativ halların aradan qaldırılmasında həlledici rol oynayacaqdır.
İclasda diffamasiya məsələsinə media məkanındakı məsuliyyətin artırılması baxımından mühüm qanunvericilik təşəbbüsü kimi yanaşılıb. Vurğulanıb ki, diffamasiya heç də yalnız təhqir və böhtana görə azadlıqdan məhrumetmə cəzasının aradan qaldırılması ilə əlaqədar deyil. Diffamasiyanın dekriminallaşdırılması və bununla əlaqədar ayrıca qanunun mövcudluğu həm də medianın yol verdiyi nöqsana, qeyri-peşəkarlıq hallarına qarşı adekvat mülki cəza tədbirinin seçilməsini rəhbər tutur. Dünyanın bir sıra qabaqcıl ölkələrində mövcud prosedur uğurla tətbiq olunur və müsbət təsirini göstərir. Azərbaycanın da eyni yolu getməsinin vaxtı çatıb.
İclasda o da bildirilib ki, internet medianın həyatımıza təsiri artan xətt üzrə inkişaf etməkdədir. İH üzvləri bu təsirin istər cəmiyyətin, istərsə də dövlətin cəmiyyət üçün vacib olan maraq və mənafelərinin təminatına yönləndirilməsinin zəruriliyini vurğulayıblar. Bu baxımdan internet medianın maliyyələşməsinin vaxtının çatdığı fikri üzərində dayanılıb. Qeyd olunub ki, dövlət tərəfindən maliyyələşmə şərtləri bu istiqamətdə nizamlı mühitin formalaşmasına istər-istəməz müsbət təsirini göstərəcəkdir.
Ümumən media məkanımızdakı mühüm məsələlərdən biri də reklamla bağlıdır. Hazırda KİV-lərimiz ölkənin reklam bazarında zəif təmsil olunurlar. Bu isə onların maliyyə durumuna mənfi təsirini göstərməkdədir. Mövcud durumda dövlət qurumlarına məxsus elan və reklamların KİV-lərdə bölünməsinin həyata keçirliməsi ilə bağlı xarici təcrübənin tətbiqi aktuallaşıb. İH üzvlər eyni zamanda vurğulayıblar ki, hazırda dövlət qurumlarının reklam və elanlarının onlara məxsus media orqanlarında dərci həyata keçirilməkdədir. Habelə dövlət orqanlarının büdcəsinin bir faizi reklam-təbliğat işlərinə ayırılır. Hər iki hal yekun nəticə etibarilə həmin orqanları fəaliyyəti barədə ictimaiyyətin məlumatlılığının zəif təminatı deməkdir. Halbuki dövlət qurumları bu işlər üçün nəzərdə tutduqları vəsaiti ictimai rəyə təsir göstərən KİV-lərə yönləndirsələr, daha faydalı olar. Cəmiyyət onların gördükləri işlər haqqında daha çox informasiyalı olar.
Toplantıda səslənən məsələlərin təkliflər paketi şəklində ölkə rəhbərliyinə təqdim edilməsinə dair qərar qəbul edilib.
Bölməyə aid digər xəbərlər

Bu gün, 12:50
Suriya prezidenti Azərbaycana gəlib
Bu gün, 11:24
Ali Məhkəmənin hakimi təqaüdə göndərilib - Foto
Bu gün, 11:11
Sumqayıtda kürəkən qayınatasını öldürüb
Bu gün, 09:46
Polis Beyləqanda 9 nəfəri saxlayıb - Fotolar
Dünən, 13:03
Hovuzlarla bağlı yeni qadağa tətbiq edilib
Dünən, 12:09
Prezident daha bir fərman imzalayıb
Dünən, 11:52
“Yaşayış minimumu haqqında” qanun dəyişib
Dünən, 10:31
Ağdamda insan skeleti tapılıb
Dünən, 10:24
Abşeronda silah-sursat aşkarlanıb
Dünən, 08:25
Keçmiş baş nazir korrupsiyada ittiham olunur
10-07-2025, 15:21
Qarabağlı kəndində tədqiqat başlayıb - Foto
10-07-2025, 15:05
Yer kürəsində gün niyə qısalıb? - Açıqlama
10-07-2025, 13:12
ADY-də yeni sözçü təyinatı olub
10-07-2025, 11:23
Daşnaklar İstintaq Komitəsinin qarşısına toplaşır - Video
10-07-2025, 09:31
Daha bir kollecdə yeni təyinatlar olub
10-07-2025, 09:02
Lavrov-Rubio görüşünün vaxtı məlum olub
10-07-2025, 08:25
Ukrayna münaqişəsi “dərin dövlətin” layihəsidir?
9-07-2025, 23:52
10 israilli girov azad olunacaq
9-07-2025, 22:19
Dağıstanda 270-dən çox adam sudan zəhərlənib
9-07-2025, 20:50
Gələcəyin yol xəritəsi - Sadiq Qurbanov yazır
9-07-2025, 18:39
Putin Rusiyaya bir milyon hindistanlı gətirəcək
9-07-2025, 18:03
Şikayətçi: “Gecə arvadımın meyitini mənə verdilər”
9-07-2025, 17:10
Tələbələrin köçürülməsinə başlanılır
9-07-2025, 13:59
Rusiya 728 dronla hücuma keçib
9-07-2025, 12:49
Hansı rayonda daha çox boşanma var? - Siyahı
9-07-2025, 11:41
Məmməd Alpayın həbs müddəti uzadılıb
9-07-2025, 08:53
Texasda daşqınlar can almaqda davam edir
9-07-2025, 08:37
Zelenskinin seçimi qalmayıb?
8-07-2025, 18:00
Qarabağ Universitetində yeni fakültə açılır
8-07-2025, 17:25
İlham Əliyev Trampa başsağlığı verib
8-07-2025, 17:13
Prezident daha bir fərman imzalayıb
8-07-2025, 14:29
Çin ordusu Almaniya təyyarəsinə hücum edib
8-07-2025, 09:04
İcra başçısının nümayəndəsi həbs edilib
8-07-2025, 08:44
Pentaqon Ukraynaya yeni silah tədarükü elan edib
7-07-2025, 18:01
Siyəzəndə qadın paraşütlə qayaya çırpılaraq ölüb
7-07-2025, 17:43
Mirzoyan: "Biz Azərbaycanla sazişi imzalamağa hazırıq"
7-07-2025, 17:19
Nazir vəzifəsindən azad edilən şəxs özünü güllələyib
7-07-2025, 17:16
Rusiyanın neft emalı zavodunu partladıblar
7-07-2025, 15:44
"Saakaşvili əfv edilməyəcək"
7-07-2025, 15:10
Əl əli yudu, əl də qayıtdı... - Etibar Cəbrayıloğlu yazır
7-07-2025, 12:24
Acarıstan hökumətinin keçmiş başçısı özünə qəsd edib
7-07-2025, 11:36
Asayişimizin qoruyucuları - Mürvət Əliyev yazır
7-07-2025, 11:04
Magistraturaya ixtisas seçimi başlayıb
7-07-2025, 10:41
Türkiyədə son 10 gündə 761 yanğın baş verib
7-07-2025, 10:07
Salahovu Dəniz Limanına baş direktor təyin ediblər
7-07-2025, 10:02
Ruslar Odessaya hücum edib
7-07-2025, 08:47
80 il əvvəl oğurlanmış skripka Tokioda tapılıb
7-07-2025, 08:28
Ukraynalılara “Təslim olun!” vərəqələri göndəriblər