Yanğınsöndürən avtomobili qəza törədib - Yaralılar var
Tarix: 08-07-2020 09:11 | Bölmə: Xəbərlər
Yanğınsöndürən avtomobili qəza törədib - Yaralılar var

Xaçmaz rayonunda Fövqaladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən avtomobili qəza törədib.

Reyting.az
"Report"a istinadla xəbər verir ki, hadisə Bakı-Gəndov-Yalama yolunun Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, çağırışa gedən FHN-in Xaçmaz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobili əks istiqamətdə hərəkətdə olan VAZ 2101 markalı minik avtomobilinə çırpılıb.

Hadisə nəticəsində VAZ-nın sürücüsü, 1988-ci il təvəllüdlü İslamov Sahib Məcnun oğlu və sərnişini 1989-cu il təvəllüdlü Murad Vidadi oğlu Səfiyev xəsarət alıblar.

Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılan hər iki şəxsə baş-beyin silkələnməsi, üzün çoxsaylı cırıqları diaqnozu qoyulub.

S. İslamovun vəziyyəti ağır olduğundan o, reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər