Ağdamda ekskavator minaya düşüb, yaralı var
Tarix: 18-03-2023 17:56 | Bölmə: Xəbərlər
Ağdamda ekskavator minaya düşüb, yaralı var

Ağdamda ekskavator minaya düşüb.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Reyting.az-a bildirilib ki, rayonun Əfətli kəndində kənd sakini Elmir Yusifov ekskavatorla təsərrüfat işləri ilə məşğul olarkən nəqliyyat vasitəsi torpağa basdırılmış partlamamış mərmiyə toxunub.

Nəticədə partlayış baş verib.

Hadisə zamanı E. Yusifov yüngül dərəcəli bədən xəsarətləri alıb, texnikaya ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}