Qəzada ölənlərin sayı 225 nəfərə çatıb
Tarix: 24-09-2018 01:18 | Bölmə: Xəbərlər
Qəzada ölənlərin sayı 225 nəfərə çatıb

Tanzaniyada sərnişin gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 225 nəfərə çatıb. “RİA Novosti” xəbər verir ki, bu barədə ölkənin yerli "Citizen" qəzeti məlumat yayıb.

Mvanza şəhərinin polis rəisi Con Monqella bildirib ki, qəza zamanı ölənlərin sayı artıb.

Qeyd edək ki, bərə cümə axşamı, Yukora adasının yanalma körpüsündən 50 metr məsafədə aşıb. Bəzi məlumatlara görə, hadisə zamanı gəmidə 400 nəfərdən – normadan çox sərnişin olub. Sərnişinlərin sayının çox olmasına baxmayaraq gəmi həmçinin yük, o cümlədən qarğıdalı dolu kisələr, banan və sement daşıyırmış.

Daha əvvəl qəzada 209 nəfərin öldüyü bildirilirdi.

Prezident Con Maqufuli qəza ilə əlaqədar ölkədə 4 günlük matəm elan edib.




Bölməyə aid digər xəbərlər
18-12-2024, 12:29 Ayı ovçunu öldürüb
17-12-2024, 16:35 Ustadın ömürlük sualı

bütün xəbərlər