ABŞ-ın qərarı Rusiyanı qəzəbləndirib - Foto
Tarix: 25-05-2023 13:04 | Bölmə: Xəbərlər
ABŞ-ın qərarı Rusiyanı qəzəbləndirib

Rusiya ABŞ-ın “USS Gerald R Ford” təyyarədaşıyan gəmisinin Norveçin paytaxtı Osloya səfərini gərginliyin artdığı bir vaxtda “məntiqsiz və zərərli” güc nümayişi kimi qiymətləndirib.

Reyting.az
xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin dünya üzrə ən böyük təyyarədaşıyan gəmisi olan “USS Gerald R Ford” Arktikada gözlənilən hərbi təlimdən əvvəl Osloya səfər edib.

NATO-nun atəş gücünün sübutu olaraq, 337 metr uzunluğunda nüvə mühərrikli gəmi çərşənbə günü yola çıxıb, Arktikaya getməzdən əvvəl Osloya gəlib.

Norveç mətbuatı gəminin bir neçə gün Osloda qalacağını qeyd edib.

ABŞ gəmisinin Osloya gəlməsi Rusiyanın Norveçdəki səfirliyini qəzəbləndirib.



“Arktikada hərbi problem və ya xarici müdaxiləni tələb edən hər hansı məsələ yoxdur”, - səfirlik bildirib.

Səfirliyin sözçüsü Timur Çekanovun sözlərinə görə, Oslonun Rusiyanın Norveçə birbaşa hərbi təhlükə törətmədiyini etirafını nəzərə aldıqda, bu cür güc nümayişi məntiqsiz və zərərli görünür.

Norveçin Müdafiə naziri Byorn Arild Qram isə deyib ki, bu, Norveçin təhlükəsizliyi üçündür. “Bu, NATO vasitəsilə əldə etdiyimiz təhlükəsizlik zəmanətlərinin, xüsusən də ABŞ ilə sıx əməkdaşlığımızın və tərəfdaşlığımızın bariz ifadəsidir”,- deyə Müdafiə naziri əlavə edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}