Moskvada azərbaycanlı vəkil saxlanılıb
Tarix: 19-09-2018 19:16 | Bölmə: Slayd
Moskvada azərbaycanlı vəkil saxlanılıb

Moskva vilayətindən olan vəkil Zaur Ağayev 7 milyon rubl məbləğində dələduzluq etdiyinə görə Moskvada saxlanılıb.

Reyting.az
Rusiya mediasına istinadən bildirir ki, fırıldaqçılıqda ittiham olunan 3 nəfərin işini aparan hüquqşünas həmin məbləği ona verməyə inandırıb.

Ağayev bu qonorar əvəzində araşdırmanın gedişinə təsir göstərməklə onları cinayət təqidindən qurtaracağına vəd verib. Halbuki vəkilin bu imkanı olmayıb.

Ağayev pulu alan zaman saxlanılıb. Məbləği ona təqsirləndirilənlərdən biri avtomobildə verirmiş. Faktla bağlı cinayət işi qaldırılıb.

Digər məlumata görə, Ağayev Moskva vilayəti Vəkillər Palatasının üzvü olub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər