16:30 / 02-06-2025
Tural Sadıqlı, Orduxan Teymurxan və Elşad Abdullayev barəsində həbs qərarı çıxarılıb
16:23 / 02-06-2025
Vaşinqtona tank və zirehli texnika yeridiləcək
16:18 / 02-06-2025
SOCAR “ExxonMobil Corporation” ilə Anlaşma Memorandumu imzalayıb
16:09 / 02-06-2025
Özəl sektor Xankəndidə yeni yaşayış binaları tikəcək
16:03 / 02-06-2025
Prezident Avstriya ilə komissiyanın yeni tərkibini təsdiqləyib
16:03 / 02-06-2025
Cənubi Koreya ABŞ-dan kömək istəyir
15:46 / 02-06-2025
İlham Əliyev Olivye Le Peşi qəbul edib - Yenilənib
15:25 / 02-06-2025
İlham Əliyev Forumda çıxış edib (Yenilənib) - Fotolar
15:11 / 02-06-2025
Pakistanın energetika naziri Azərbaycana gəlib - Yenilənib
15:03 / 02-06-2025
Prezident İlham Əliyev Məhəmməd Əbunəyyanı qəbul edib - Yenilənib
14:58 / 02-06-2025
İstanbulda Rusiya-Ukrayna danışıqları başlayır - Foto
14:55 / 02-06-2025
İlham Əliyev Alparslan Bayraktarı qəbul edib - Yenilənib
14:51 / 02-06-2025
Donad Trampa inam azalır
14:39 / 02-06-2025
İlham Əliyev milli komandamızın üzvlərini qəbul edib
14:02 / 02-06-2025
50 minlik qoşun hücumdadır, Ukrayna Sumını itirə bilər - (Yenilənib)
13:51 / 02-06-2025
İlham Əliyev “ExxonMobil” şirkətinin vitse-prezidenti ilə görüşüb
13:49 / 02-06-2025
Fransa Zəngəzurda konsulluq açır
13:27 / 02-06-2025
Baş redaktor Qulu Ağsəslə görüş keçirilib - Fotolar
13:00 / 02-06-2025
İki ölkəyə qarşı nüvə sualtı donanması yaradırlar
12:49 / 02-06-2025
Əlil qadını öldürən taksi sürücüsü tutulub
12:37 / 02-06-2025
Qurban bayramı namazı nə vaxt qılınacaq? - Açıqlama
12:30 / 02-06-2025
Sabahın hava proqnozu açıqlanıb
12:15 / 02-06-2025
Eşşəkcanın vəsiyyəti - Barat Əlioğlu yazır
11:45 / 02-06-2025
Erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə davam edir
11:25 / 02-06-2025
Baha qiymətə dərman satan "Zeytun" apteklər şəbəkəsi cərimələnib
11:22 / 02-06-2025
Cəzaçəkmə müəssisəsindəki uçqun zamanı məhkum ölüb - (Yenilənib)
11:08 / 02-06-2025
İlham Əliyev İtaliya prezidentinə məktub göndərib
11:00 / 02-06-2025
Paşinyan kilsəyə niyə müharibə elan edib?
10:34 / 02-06-2025
DİN: "Naməlum nömrələrdən gələn zənglərə qarşı ehtiyatlı olun"
10:25 / 02-06-2025
Qubada bir nəfər kanalda boğulub
16:02 / 29-05-2025

10:14 / 01-06-2025

16:52 / 31-05-2025

21:33 / 30-05-2025

18:30 / 30-05-2025

14:10 / 30-05-2025

17:52 / 28-05-2025

17:17 / 29-05-2025

16:23 / 29-05-2025

17:54 / 29-05-2025

Dövlət Su Ehtiyatları Agentliyində maliyyə nöqsanları üzə çıxıb
Tarix: 20-12-2024 17:41 | Bölmə: Slayd

Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar edib.
Reyting.az Palataya istinadla xəbər verir ki, Palatanın 2024-cü il üzrə İş planına uyğun olaraq Kür-Araz ovalığında kollektor-drenaj sistemləri və suvarılan torpaqların deqradasiyasına qarşı mübarizə üzrə fəaliyyətin auditi həyata keçirilib.
Bildirilib ki, audit çərçivəsində Kür-Araz ovalığında torpaqların deqradasiyasına qarşı kollektor-drenaj sisteminin fəaliyyətinin təşkilinin, torpaqların deqradasiyasına qarşı kollektor-drenaj sistemi vasitəsilə həyata keçirilən tədbirlərin səmərəliliyi və nəticəliliyinin, kollektor-drenaj sistemində yığılan suların idarə edilməsi fəaliyyətinin qiymətləndirilməsi həyata keçirilib:
"Qiymətləndirmələrlə audit obyekti tərəfindən Kür-Araz ovalığında kollektor-drenaj şəbəkəsinin fəaliyyəti ilə bağlı müvafiq tədbirlərin həyata keçirildiyi müəyyən edilsə də, aşağıdakı nəticələr də əldə olunub.
Son illərdə qlobal səviyyədə problemlərin yaranmasına səbəb olan iqlim dəyişikliklərinin təsirini azaltmaq və iqlim dəyişikliyinə uyğunlaşmaq üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamları ilə təsdiq edilmiş mühüm strateji sənədlərdə su ehtiyatlarının formalaşması ilə bağlı mövcud vəziyyət, torpaqların deqradasiyasına qarşı mübarizə, eləcə də su resurslarının idarə edilməsi tədbirləri, kollektor-drenaj sisteminin fəaliyyəti ilə bağlı məsələlər öz əksini tapmış və su qıtlığı şəraitində su ehtiyatlarının düzgün idarə edilməsi ilə həmin ehtiyatlardan səmərəli istifadə olunması, torpaqların şorlaşması səbəbindən deqradasiyaya uğraması kimi məsələlər və həyata keçirilməli olan müvafiq tədbirlər nəzərdə tutulsa da və suvarılan torpaqlarda şorlaşma səviyyəsi azalsa da, həmin tədbirlərin qismən icra edilməsinin də təsiri ilə Kür-Araz ovalığında ümumilikdə zəif, orta və güclü dərəcədə şorlaşmış torpaq sahələrinin xüsusi çəkisi respublika üzrə 2019-cu ildəki, müvafiq olaraq, 29,2%, 24,2% və 24,1% göstəricilərindən, 2024-cü ildəki, müvafiq olaraq, 34,1%, 29,1% və 24,4% göstəricilərinədək artmışdır. Belə vəziyyət qeyd edilən istiqamətlərdə mövcud problemlərin hələ də aktual olduğunu göstərib.
Sovet dönəmində mövcud olmuş dren-kollektor şəbəkəsinin sonrakı dövrlərdə balansa qəbul edilməsi zamanı həmin sistem elementlərinin balans mənsubiyyətinin dəqiqləşdirilməməsi ölkə üzrə kollektor-drenaj şəbəkəsinin 92-93%-nin yerləşdiyi Kür-Araz ovalığında sahibsiz dren-kollektorların mövcudluğuna şərait yaradıbş, bu hal isə həmin dren-kollektorların baxımsız qalmasına, istismar zamanı müxtəlif çətinliklərin və problemlərin həllində mübahisələrin yaranmasına səbəb olub.
Audit olunan dövrdə kənar dövlət maliyyə nəzarətinin obyekti və tabeli qurumlar tərəfindən uzunmüddətli fəaliyyət hədəflərinin müəyyən edildiyi Strateji Planları olmayıb, fəaliyyət illik istismar tədbirləri planı əsasında həyata keçirilməyib. İstismar tədbirləri planı tabeli qurumların təqdim etdikləri tələbat göstəriciləri azaldılmaqla təsdiq olunub, sonradan həmin plan göstəriciləri faktiki icra göstəricilərinə uyğunlaşdırılmaqla azaldılaraq dürüstləşdirilib. Nəticədə illik plan göstəricilərinin yüksək səviyyədə icra olunduğu görünsə də, tabeli qurumların tələbat göstəricilərinin aşağı səviyyəli icrası istismar tədbirlərinin lazım olan vaxtda icra edilməməsinə və dren-kollektor şəbəkəsinin istismarı üzrə həyata keçirilən tədbirlərin dar çərçivədə həyata keçirilməsinə səbəb olub.
Qrunt sularının sahələrdən kənarlaşdırılmasında əsas rol oynayan və sovet dönəmində tikilmiş ilkin qapalı drenlərin əhəmiyyətli hissəsinin dağılması və son dövrlərdə qapalı ilkin dren şəbəkəsinin əsaslı təmiri və bərpası istiqamətində maliyyə vəsaitlərinin ayrılmaması şəraitində həmin şəbəkənin, eləcə də nasos stansiyalarının bir hissəsinin nasaz vəziyyətdə olması müvafiq ərazilərdə qrunt sularının səviyyəsinin artımı və ətraf ərazilərdə torpaq sahələrinin təkrar şorlaşması ilə nəticələnib.
“Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında suvarma və drenaj obyektlərinin tikintisi (Sabirabad rayonu üzrə II mərhələ)” layihəsi çərçivəsində 15950 ha sahədə suvarma və dren-kollektor şəbəkələri qurulsa da, həmin ərazinin böyük massivlərində heç bir əkin aparılmayıb, həyata keçirilmiş əkinlər isə, torpaq yuma işlərinin həyata keçirilməməsinin də təsiri ilə, seyrək olub, qeyd edilənlər görülmüş işlərin və sərf olunmuş vəsaitlərin qənaətbəxş nəticələr vermədiyini göstərib.
Layihə çərçivəsində suvarma suyunun Kür çayından kanala vurulmasına xidmət edən nasos stansiyasının su qəbuledicisinin Kür çayının kritik səviyyəsinə adekvat olmayaraq nisbətən yuxarı hissədə yerləşməsi çayın səviyyəsinin düşdüyü hallarda nasos stansiyasının davamlı fəaliyyət göstərə bilməməsi risklərini və əlavə xərc potensialını yaradıb, ərazidəki drenaj nasos stansiyasının işlək vəziyyətdə olmaması yığıcı kalektorlarda toplanan dren sularının səviyyəsinin qalxmasına və şor suların təkrar əkin sahələrinə sızmasına səbəb olub.
Torpaqlara meliorativ nəzarətin həyata keçirilməsi məqsədini daşıyan rejim müşahidə quyularının əsaslı təmirinə vəsait ayrılmaması dağılıb və ya dolmuş quyuların istismara qaytarılmasını mümkünsüz edib, 2023-cü ilin sonuna 8692 rejim müşahidə quyusundan 5756 quyu və ya bütün quyuların 66,2%-i rejimdə olub, 2936 quyu və ya quyuların üçdə biri dağılma və ya dolma səbəbindən rejimdən çıxıb. İşlək quyuların say göstəricisinin tədricən azalması işləməyən quyuların xidmət etdiyi əkin sahələrinin meliorativ nəzarətdən kənarda qalması ilə nəticələnib.
Bir sıra rayonlarda, məsələn, İmişli, Saatlı və Bərdə rayonlarının bəzi hissələrində kollektor sularından duzsuzlaşdırılma aparılmadan suvarma məqsədləri üçün istifadə edilməsi ərazilərin müxtəlif səviyyəli təkrar şorlaşmasına səbəb olub. Bununla belə, kollektor sularının minerallıq səviyyəsinin aşağı olması duzsuzlaşdırıldıqdan sonra, eləcə də duzsuzlaşdırılma aparılmadan Xəzər dənizinə axıdılan kollektor sularının minerallıq səviyyəsinin suvarma suyuna yaxın və ya ona uyğun olması həmin sulardan təkrar istifadə, həmçinin gəlir potensialının olmasını deməyə əsas verir. Yetərli sayda və yerlərdə hidropostların olmaması isə ötürülən suyun dəqiq miqdarının müəyyən edilməsinə mane olub.
Toplayıcı kollektorlardan təmizlənməmiş çirkab sularının axıdılması məqsədilə istifadə olunması (məsələn, Yevlax, Kürdəmir və Sabirabad rayonlarında), sonradan isə həmin kollektorların kənd təsərrüfatı və məişətdə istifadə edilən su hövzələrinə axıdılması hallarına rast gəlinib. Belə hallar kollektorların vahid sistem kimi fəaliyyət göstərməməsi və su hövzələrinin çirkləndirilməsi ilə yanaşı, kollektorların istismarı zamanı zəruri ölçmələrin nəticələrinin etibarlılığını sual altında qoyub, çirkab sularının dren-kollektor şəbəkəsinə, oradan isə şirin su hövzələrinə axıdılması həmin hövzələrin suyundan sonrakı istifadə zamanı əhalinin sağlamlığı üçün təhdidlər yaradıb. Bundan başqa, çirkab sularının kollektorlar vasitəsilə kənarlaşdırılması Kİİ-lərin və SSİ-lərin fəaliyyət dairələrinə aid olmayan istiqamətlərdə məsrəflərinə səbəb olub.
01.01.2024-cü il tarixə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) məlumatına görə 11724,9 ha sahədə fəaliyyət göstərən 604 balıq istehsalçısından Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) məlumatına görə yalnız 1569,6 ha sahədə (13,4%) fəaliyyət göstərən 76-sı (12,6%) ETSN tərəfindən uçota alınaraq sertifikatlaşdırılıb, balıqçılıq təsərrüfatlarının fəaliyyətinə lazımı nəzarət təmin edilməyib. Qeydiyyatsız fəaliyyət göstərən balıq gölləri üzrə “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq ətraf mühitə təsir qiymətləndirilməyib, bu isə göllərin ətraf mühitə təsiri ilə bağlı faktiki risklərin də dəyərləndirilməməsi və potensial təhdidlərlə nəticələnib.
KTN-nin məlumatına əsasən respublika üzrə fəaliyyət göstərən balıqçılıq təsərrüfatlarının say baxımından 62,6%-i, sahə baxımından 85,4%-i Kür-Araz ovalığında, həm say, həm sahə, həm də qeydiyyatsız fəaliyyət baxımından əksər hissəsi isə coğrafi cəhətdən daha çökək ərazidə yerləşən və buna görə də ərazisi şorlaşmaya daha çox məruz qalan Neftçala və Salyan rayonlarında yerləşir ki, bu da qrunt sularının yatma dərinliyinin az, şorlaşma riski yaradan duzların miqdarının çox olduğu və qrunt suların torpaq səthinə yaxın yerləşdiyi həmin ərazilərdə balıqçılıq təsərrüfatlarının da fəaliyyətinin təsiri ilə torpaqların şorlaşma səviyyəsinin artımına səbəb olur.
Bundan başqa, araşdırmalar balıq göllərinə verilən suların uçotunun düzgün aparılmadığını göstərmiş, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən təqdim edilmiş məlumata əsasən 2023-cü ildə balıq göllərinin 1 hektarına Beyləqan rayonunda 1,1 min m3, Biləsuvar rayonunda 1,7 min m3 su verilmişdir. Bu isə balıq göllərinin hər hektarında suyun dərinliyinin həmin rayonlarda, orta hesabla müvafiq olaraq, 11 sm və 17 sm olması anlamına gəlir ki, bu da balıq yetişdirilməsi üçün kifayət etməsi baxımından real deyildir.
Eyni zamanda, balıq göllərinə su satışı üzrə ayrıca tariflərin müəyyən edilməməsi şəraitində həmin göllərə verilmiş sular göldəki suyun yenilənməsi və boşaldılması zamanı kollektorlara axıdılır ki, bu da həmin sulardan, zəruri infrastruktur qurulmaqla, suvarma və ya torpaqların yuyulması məqsədləri üçün istifadə edilməməsi səbəbindən böyük miqdarda su itkisi, kollektorların əlavə yüklənərək daha tez lillənməsi və gəlir potensialının itirilməsi anlamına gəlir.
İstismar tədbirləri planına əsasən lildən təmizləmə işlərinin bir qismi podrat üsulu ilə həyata keçirilib, tabeli qurumların lildən təmizləmə işlərini görən öz maşın və mexanizmlərinin tam iş yükü ilə işləməməsi podrat üsulu ilə işlərin aparılmasının əsaslılığını da sual altında qoyub. Podrat üsulu ilə görüləcək işlər üzrə satınalmalar ilin II yarısında və ya ilin sonuna yaxın həyata keçirilib, vaxtın azlığı səbəbindən, bəzi hallarda, açıq tender deyil, müvafiq razılıq əsasında bir mənbədən satınalma metodu tətbiq edilib. Bir sıra hallarda qalib təşkilatlarla bağlanmış müvafiq podrat müqavilələrində təqdim edilmiş qiymətlər ASC tərəfindən müəyyən edilmiş normativ qiymətlərdən xeyli aşağı, xüsusilə 2022-ci ildəki müqavilələr üzrə normativ qiymətin təxminən yarısı qədər və daha aşağı (42,3%-50,3% aralığı) olub. Satınalmalarının ilin sonuna yaxın həyata keçirilməsi və podrat müqavilələrində qiymətlərin ASC tərəfindən müəyyən edilmiş normativ qiymətlərdən aşağı səviyyədə olması müqavilələrinin icra səviyyəsinə də təsir göstərib, müqavilələrin icra səviyyəsi 2022-2023-cü illər ərzində Kİİ-lər üzrə 62,2% təşkil edib.
2022-2023-cü illər ərzində bu işlərə böyük ehtiyacın olduğu şəraitdə, yerinə yetirilməyən işlərə görə podratçılara ödənilməmiş 561788,5 manat vəsait dövlət büdcəsinə geri qaytarılıb.
Kür-Araz ovalığında, digər təsirlərlə yanaşı, torpaqların şorlaşmasının da təsiri ilə bir sıra əsas kənd təsərrüfatı məhsullarının istehsal göstəriciləri əvvəlki illərlə müqayisədə azalıb, araşdırmalar 3 hektar və daha az əkin sahəsinə malik olan və subsidiya almaq üçün əkinlərini bəyan edən istehsalçıların sayının 2023-cü ildə 2021-ci illə müqayisədə 20,3%, ödənilmiş əkin subsidiyasının cəmi məbləğinin 2,9 milyon manat azaldığını göstərib.
Bundan başqa, kənd yerlərində əkinçilikdən imtina işsiz əhalinin sayı göstəricisinin 2023-cü ildə 2015-ci ilə nisbətən 36,4% artmasında, eləcə də kənd yerlərində özünüməşğulluq tədbirlərinə cəlb olunmuş vətəndaşların sayının və onlara təqdim edilmiş aktivlərin məbləğinin 2023-cü ildə 2019-cu ilə nisbətən dəfələrlə artmasında, bununla da daha çox büdcə vəsaitlərinin sərf olunmasında da özünü göstərib.
Hesablama Palatasının Kollegiyası auditor hesabatını təsdiq edərək, auditin nəticələri üzrə aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması, kənar dövlət maliyyə nəzarəti tədbirinin əhatə etdiyi məsələlərin, obyektlərin və ərazinin genişliyi nəzərə alınaraq, Azərbaycan Respublikasının Dövlət Su Ehtiyatları Agentliyi və tabeli qurumlar üzrə daxili nəzarət qaydasında müvafiq tədbirlərin həyata keçirilməsi, aidiyyəti dövlət qururmlarına müvafiq məktubların göndərilməsi barədə qərar qəbul edilib".
Bölməyə aid digər xəbərlər

Bu gün, 14:58
İstanbulda Rusiya-Ukrayna danışıqları başlayır - Foto
Bu gün, 14:39
İlham Əliyev milli komandamızın üzvlərini qəbul edib
Bu gün, 11:00
Paşinyan kilsəyə niyə müharibə elan edib?
Bu gün, 08:58
Azərbaycan ərazisində zəlzələ olub
Dünən, 20:08
Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
31-05-2025, 16:52
Laçına növbəti köç karvanı gedib - (Yenilənib)
30-05-2025, 18:30
Asim Mollazadə: Azərbaycan və müttəfiqləri qitələrarası sistem yaradır
30-05-2025, 14:10
Azərbaycan-Türkiyə-Pakistan ittifaqı qlobal xarakter daşıyır - Ekspert
30-05-2025, 13:00
Azərbaycan və Çin arasında viza ləğvi barədə saziş təsdiqlənib
30-05-2025, 12:44
Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - Sərəncam
30-05-2025, 11:35
Paşinyan “2018-in uğuru”nu xərcləyir - Yeni seçkilər “Vətəndaş müqaviləsi”nə nə vəd edir?
30-05-2025, 09:44
Xoş günlər zamanın sürətinə təsir edir?
30-05-2025, 07:59
COVID-in yeni ştammı daha təhlükəlidir
30-05-2025, 07:51
İki gün sonra sülh danışıqları olacaq
29-05-2025, 16:23
Hərbçimiz minaya düşüb - Yenilənib
29-05-2025, 16:02
Laçına növbəti köç karvanı gedib - (Yenilənib)
29-05-2025, 15:21
Yeni dünya müharibəsi qaçılmazdır - Sorğu
29-05-2025, 13:41
İlham Əliyev iş adamlarını qəbul edib - Fotolar
29-05-2025, 13:11
Trampın Yaxın Şərq strategiyası: Bu yol İranla razılaşmadan keçir
29-05-2025, 11:41
Nüvə silahı olan dövlətlər arasında gərginlik artır
29-05-2025, 09:55
İyunun 1-də I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
29-05-2025, 09:51
Lisey və gimnaziyalara qəbul qaydaları dəyişib
28-05-2025, 17:53
Tramp İlham Əliyevə məktub göndərib
28-05-2025, 17:52
Laçında üç ölkə rəhbərinin Zirvə görüşü keçirilib - (Yenilənib) - Video
28-05-2025, 11:33
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi olub - Video
27-05-2025, 13:42
Ermənistanda 10 min fərarini axtarışa veriblər
27-05-2025, 10:55
Zəngəzur dəhlizi Tehran ilə Kreml arasında problem yaradıb
26-05-2025, 18:44
Avropada daha böyük müharibə təhlükəsi var - Xəbərdarlıq
26-05-2025, 16:17
Hindistan Cənubi Qafqazda müharibə riskini artırır
26-05-2025, 09:40
Azərbaycan-Rusiya münasibətlərinə zərbə vurmağa çalışırlar
26-05-2025, 09:09
DTX-nın mühüm əməliyyatı - Zahirəddin İbrahimov Bakıya gətirilib
26-05-2025, 08:38
Günəşdə maqnit qasırğası güclənəcək
24-05-2025, 17:12
Aydan başqa Ay da var
23-05-2025, 18:43
Cümşüd Nuriyev: Türkiyə ilə münasibətlərimizə kölgə salmağa çalışırlar
23-05-2025, 14:08
Professor: Qərbi Azərbaycana qayıdışımız mümkündür
23-05-2025, 11:39
Rusiya iki yol ayrıcında: Hərb, yoxsa Sülh?
23-05-2025, 11:25
Ali məktəblərə qəbul üçün plan yerləri artırılıb
23-05-2025, 09:45
G7 böyük vədlər verir
22-05-2025, 12:20
Senatorlar Putini xəbərdar edir
22-05-2025, 11:23
Özbəkistan Şuşa Bəyannaməsinə qoşulur
22-05-2025, 10:43
Rusiya-Ukrayna danışıqlarının yeni mərhələsi Vatikanda keçiriləcək
21-05-2025, 16:15
İlham Əliyev TDT-nin iclasında iştirak edib - (Yenilənib)
21-05-2025, 15:26
Rusiyaya qarşı “daha sərt” sanksiyalar hazırlayırlar