14:55 / 16-09-2025
Alla Puqaçovanın son müsahibəsi 16 milyondan çox baxış toplayıb
14:50 / 16-09-2025
Prezident iqamətgahı üzərindən uçan PUA ələ keçirilib
14:44 / 16-09-2025
İsrail iqtisadiyyatını ağır sınaqlar gözləyir
14:06 / 16-09-2025
Xalq artisti II Fəxri xiyabanda dəfn olunub - Yenilənib
13:39 / 16-09-2025
Prezidentlər Füzulidən sonra Şuşaya gediblər - Fotolar
13:31 / 16-09-2025
Zülfüqarov: Xankəndidə terror törətməklə bir neçə məqsədə çatmaq istəyiblər
13:27 / 16-09-2025
Sabah yağış yağacaq
12:57 / 16-09-2025
Əliyar Ağayev “Bayer”in oyununa təyinat alıb
12:53 / 16-09-2025
Əlisəmid Kür reanimasiyaya yerləşdirilib
12:45 / 16-09-2025
Deputat: “Əvvəlcə ingilis-rus, sonra Azərbaycan dilində yazırlar”
12:39 / 16-09-2025
“Qərbi Azərbaycanın Səsi”nin əhəmiyyəti hiss olunur
12:05 / 16-09-2025
Məleykə Abbaszadə: "İmtahanlarda ən aşağı nəticə coğrafiya və kimya fənləri üzrədir"
11:57 / 16-09-2025
Yeni qadağa Rusiya-NATO müharibəsinə səbəb ola bilər
11:51 / 16-09-2025
DİM sədri: buraxılış imtahanlarında yeni test modeli tətbiq ediləcək
11:46 / 16-09-2025
Makqreqor prezident olmaq niyyətindən əl çəkir
11:42 / 16-09-2025
İlin ikinci Günəş tutulması baş verəcək
11:39 / 16-09-2025
Paşinyanı impiçment etmək istəyirlər
11:13 / 16-09-2025
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub
11:10 / 16-09-2025
Dörd ölkədən Azərbaycana bəzi məhsulların idxalına məhdudiyyət qoyulub
11:06 / 16-09-2025
Trampın London səfəri: kral Uels şahzadəsini önə verəcək
10:59 / 16-09-2025
Nazir: “Müharibə 60 və ya 90 günə bitə bilər”
10:49 / 16-09-2025
Rusiyanın komandanlıq məntəqələri vurulub
10:37 / 16-09-2025
Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb
10:28 / 16-09-2025
Tramp qəzetdən 15 milyard dollar təzminat istəyir
10:20 / 16-09-2025
“Formula-1” ilə əlaqədar əhaliyə müraciət edilib
10:16 / 16-09-2025
Çempionlar Liqası: bu gün 6 oyun keçiriləcək
10:08 / 16-09-2025
Dövlət Xidmətlərinin Elektron Reyestri yaradılacaq
10:05 / 16-09-2025
Vəkillər Kollegiyasının orqan və qurumlarının sayı artırılır
20:48 / 13-09-2025

15:14 / 12-09-2025

18:29 / 12-09-2025

10:50 / 12-09-2025

18:40 / 14-09-2025

23:44 / 12-09-2025

22:10 / 12-09-2025

09:10 / 12-09-2025

15:37 / 14-09-2025

13:50 / 14-09-2025

00:21 / 12-09-2025

...meqabayt sürətiylə fırlanır dünya! - Hicran Hüseynova yazır
Tarix: 22-01-2024 22:50 | Bölmə: Cəmiyyət

Hicran HÜSEYNOVA
Dünyada nə qədər kitab var belə,
Çalışıb, əlləşib gətirdim ələ,
Oxudum, oxudum, sonra da vardım,
Hər gizli xəznədən bir dürr çıxardım.
Yenə sözə ehya verdim, Füzuli demiş. Bu dəfə kitablardan danışacam, əziz oxucum, kitabdan və kitabı sevənlərdən. O kitabdan ki, bir vaxtlar hər bir evin kitabxanasında qərar tuturdu, ziyalılığın, intellektin, hətta dəbin ifadəsinə çevrilib əl-əl gəzirdi. Bu oxuyub ona verirdi, o bir başqasına. Bir gözəl məşğuliyyət idi kitab oxumaq, bir maraqlı xobbiydi. Yaddaqalan, tarixi günlərdə adamların bir-birinə kitab hədiyyə etmək, titul vərəqinə ürək sözlərini yazmaq kimi yaxşı bir adəti vardı. O günlər necoldu bəs?
- Köhnə, saralmış, artıq oxunub bitmiş kitabın səhifələritək vərəqlənib qurtardı. Bəli, qurtardı. Tarixə köçdü, yaddaşlara yazıldı, xatirəyə döndü.
Yazının bu yerinə çatanda mütləq etiraz edənlər tapılacaq, bilirəm. Ümumiyyətlə, hər hansı fikrə etiraz edənlər, başqa cür düşünənlər həmişə olub, həmişə də olacaq. Ona görə təbii qəbul edirəm hər yanaşmanı, kiminsə fikri etalon deyil, əlbəttə. Amma səhifənin o biri üzündən bəri baxıb etiraz edənlərə, “Niyə? Kitaba maraq artıb, kitablar satılır, tez-tez kitab sərgiləri keçirilir”,- deyənlərə səslənirəm:
Əzizlərim, bu gün internetin hörümçək torunda kitablar belə elektron şəkildə vərəqlənir. Bir düyməyə toxunmaqla istədiyi əsəri oxuya bilən adam niyə kitaba pul versin ki? Hələ süni intellekti demirəm. Əsrimizin ən yeni nailiyyəti olan süni intellekt bu günlərdə ona göndərdiyim yazımı elə təhlil etdi ki, handa bir tənqidçi bu qabiliyyətə mat qalar (özü də nə üzgörənlik var, nə qərəz). Düzdü, o başqa bir söhbətdir ki, kitabların doğma spesifik qoxusu var, mənəvi dəyər ucalığı, səhifələrə əllə toxunub onu hiss etmək fərqliliyi var. Amma indiki mobil zamanda bütün bunları düşünən kimdi?.. Varsa da, belələri yaşlı, yaxud orta nəslə mənsub olanlar, Dostoyevskinin təbirincə desək, Qoqolun “Şinel”indən çıxanlardı. Elə mən özüm də Qoqolun “Şinel”indən çıxmışam, yeri gəlmişkən, bu hekayəni də oxumağı tövsiyə etmədiyim gənc qalmayıb ətrafımda. Nə isə. Mətləbdən uzaqlaşmayım. Günümüzdə kitabın mənəvi dəyər olaraq dəbdən düşməyindən, bir vaxtlar bütöv bir ideologiyanı dəyişdirib formalaşdıran işığının sosial şəbəkələrin kölgəsində öləziməyindən danışırdım. Burada bir “Heyif, səd heyif” kəlməsi yerinə düşərdi. Amma nə edəsən ki, zamanı saxlaya, geri döndərə bilməzsən. Və o zamanın çərxinə kitablarla təsir edə bilməzsən, çünki meqabayt sürətiylə fırlanır indi dünya... Bugünkü postmodernist, postpostmodernist ədəbiyyatda isə insan “Yer üzünün əşrəfi” yox, “ifrazat maşını” adlandırılır (Milan Kundera).

Xavər Nəbiyeva
Bir az da özümdən danışım - kitabla böyüyənlərin bir ümumiləşdirilmiş obrazı kimi. Kitabın sevildiyi, sevilərək oxunduğu, oxunaraq təbliğ olunduğu ziyalı bir ailədə dünyaya göz açdım. Hər gün oxudum, Ulu Nizaminin dediyi kimi, hər gizli xəznədən bir dürr çıxardım, o xəzinədən işıq düşdü qəlbimə, ruhuma və söz-söz yaratdığım ucalıqlara. Və bir gün - ömrümün hansısa mərhələsində o ucalıqlardan baxanda həyatdan çox uzaqlaşdığımı, həyat yox, kitab adamı olduğumu gördüm. Hətta “həyatın dibində”kilərin mənə kinayəylə baxıb güldüyünü, yükünü tutanların yanında sözdən başqa heç bir yüküm olmadığını gördüm.
Sözlər də məni, necə deyərlər, qırx arşın quyunun dibinə atdı, kitabların daha da itiləyib həssaslaşdırdığı, cümlə-cümlə cilaladığı xarakterimlə həyatın sərt labirintinə düşdüm. Gördüm maddiyyatla mənəviyyatın davasında əlim heç nəyə çatmır, yenə sözə üz tutdum. Bu şeiri yazdım:
Bu da oxuduğum kitab.
Oxuduqca keçdi günlər
Fəsil-fəsil, varaq-varaq.
Çox çalışdım illər boyu
Oxuyum, öyrənim deyə,
Gözlərimin rəngi getdi,
Əlim dondu vərəqlərdə.
Göz yaşlarımdan islanmış
Sözlər itdi, yaddan getdi,
Fikirlər yarımçıq qaldı,
Bacarsan, baş çıxar indi.
Baş çıxardım bu kitabdan,
Dönüb ətrafa da baxdım,
Gördüm, kitabxana deyil,
Cəngəllikdi, meşədi bu!
Ağaclar kəsilir burda
Təzə kitablar eşqinə,
Yaşıl sözlər düşmür yada
Yaşıl kağızlar içində...
Götürüb köhnə kitabı
Qaçdım ayağım getdikcə...
Yuxarıda yatmışdı günəş,
Yuxarıdan baxırdı ALLAH...
...Köhnə kitabı o vaxt götürdüm ki, o kitabı sevən, balasıtək bağrına basıb burdan-ora, ordan-bura daşıyan bir kitab təəssübkeşi bunu məndən xahiş etdi. Yəqin, diqqət etdin, əziz oxucum, mən kitabxanaçı yox, kitab təəssübkeşi dedim. Bəli, məhz kitab təəssübkeşi. Çünki kitabxanaçı, yaxud biblioqraf sözü bu xanımın peşəsinə olan həssas münasibətini, sevgisini, fədakarlığını ifadə edə bilməz. Onun kitab sevgisini o taksidən bu taksiyə, o avtobusdan bu avtobusa güclə daşıdığı kitab bağlamaları ifadə edə bilər. İllərlə kitab bağlaması daşıdı bu xanım - Füzulinin ən ucqar kəndlərində belə balaca kitabxanaların bağlanmaması üçün. Heç həftənin iki gününü - istirahət günlərini evdə keçirib birinci gün səhər saat 6-dan rayona, daha doğrusu, qəsəbəyə (Füzuli rayonunun Zobucuq qəsəbəsi) işə gedən, 6 saatlıq məsafə qət edib, 4 gün qəsəbədə qalıb təzədən Sumqayıta qayıdan kitabxana işçisini təsəvvür edə bilərsinizmi? Bu yerdə onu vurğulamalıyam ki, haqqında danışdığım Xavər Nəbiyeva kitabxana işində artıq 39 ildir ki, çalışır. Və o, Füzuli rayonunda, ətraf kəndlərdə kitabxana işinə sözün əsl mənasında can yandıranda nə Füzuli vardı, nə də bugünkü Qarabağ təntənəsi, çal-çağırı. Bu o dövrlər idi ki, Qarabağ işğaldaydı, adamların qəlbi, ruhu da işğaldaydı sanki, kimsənin yadına kitab oxumaq nədi, heç kitabxana tərəfə baxmaq belə düşmürdü. Amma o illər işinin vurğunu olan Xavər xanımı əsla həvəsdən salmadı, hərdənbir gələn oxucularına canla-başla xidmət göstərdi. Kənd kitabxanalarının normal fəaliyyəti üçün əlindən gələni etdi. O hətta hardasa maraqlı bir plakat, maket, rəsm əsəri və s. görəndə də onu tez kitabxanaya aparır, gözə dəyən yerdə asır, ən adi bir detalla belə peşəsinə münasibətini göstərirdi.
Yenə Qoqolu xatırlayıram, yenə “Şinel”i. Akaki Akakiyeviçə təzə şinel tikən dərzi Petpoviç müştərisindən qabaq atelyedən çıxıb bazarın başında dayanır ki, öz əl işinə gendən baxıb bir daha qiymətləndirsin. Olduqca təsirli, yaddaqalan bir epizoddur. İnsanın peşəsinə vurğun olması nə böyük səadət imiş! Mən də seçdiyim sahənin vurğunuyam, materialım söz, üz tutduğum həyatdı, çox zəngin hadisələrlə, zəngin obrazlarla dolu bir həyat. Oçerk tipli bu yazımdasa iki obraz oldu: biri oxucusunda kitablara yenidən həvəs oyadan, atılmaqçün dəhlizlərə yığılmış kitablardan kitabxana(!) düzəldən Xavər Nəbiyeva, biri də tənqidçilər, nəzəriyyəçilər demiş, lirik mən - Hicran HÜSEYNOVA.
Bölməyə aid digər xəbərlər

Bu gün, 13:27
Sabah yağış yağacaq
Bu gün, 12:39
“Qərbi Azərbaycanın Səsi”nin əhəmiyyəti hiss olunur
Bu gün, 09:49
Biləsuvar sakini 6 kq narkotiklə saxlanılıb
Bu gün, 09:40
Feldşer Müdafiə Nazirliyini məhkəməyə verib
Bu gün, 08:06
Dini liderlər Astanada toplaşıb
Dünən, 15:00
Həkim Azər Maqsudovun məhkəməsi qapalı keçiriləcək
Dünən, 13:13
Masazırda 57 yaşlı kişini "tok" vurub
Dünən, 12:58
Sabah yağış yağacaq - Proqnoz
Dünən, 10:28
Sabirabadda 42 yaşlı şəxs qətlə yetirilib
Dünən, 09:14
Məşhur media şirkəti "Google"-ni məhkəməyə verib
Dünən, 08:13
Çində uçan naməlum obyekt vurulub?
14-09-2025, 13:22
Sabah yağış yağacaq
13-09-2025, 15:48
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
12-09-2025, 18:29
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
12-09-2025, 17:23
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
12-09-2025, 16:15
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
12-09-2025, 14:35
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
12-09-2025, 14:18
Gəncədə evdə partlayış olub, xəsarət alan var
12-09-2025, 12:53
Sabah yağış yağacaq
12-09-2025, 11:16
Bakıda güclü külək ağacı yola aşırıb
12-09-2025, 10:51
Elektron Təhlükəsizlik Xidmətində təyinat olub
12-09-2025, 10:01
Lənkəran sakini 13 kq narkotiklə saxlanılıb
12-09-2025, 00:55
Çimərlikdə qadınları videoya çəkən şəxs həbs edilib - Foto
11-09-2025, 22:53
Qubada güclü sel körpünü dağıdıb
11-09-2025, 17:43
Keçmiş sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”
11-09-2025, 17:06
Onlayn bilet satışı adı altında kiberdələduzluq halları artır
11-09-2025, 12:13
Mars üçün könüllülər seçiblər - Foto
11-09-2025, 10:13
“Habertürk” və “Show TV” dövlət nəzarətinə götürülüb
11-09-2025, 09:28
Dövlət sərhədimizi pozan iki iranlı saxlanılıb
10-09-2025, 17:54
Prokurorluq keçmiş memarın barəsindəki hökmdən protest verib
10-09-2025, 17:16
"Coca-Cola" Rusiya şirkətini məhkəməyə verib
10-09-2025, 12:59
Azərbaycanda havadan su əldə ediləcək
10-09-2025, 12:14
Sabah hava yağışlı olacaq - Proqnoz
10-09-2025, 11:03
Ağdamda 16 yaşlı qızı zorlayıblar - 4 nəfər saxlanılıb
10-09-2025, 10:49
Sərhədimizi pozan əcnəbi saxlanılıb
10-09-2025, 10:24
Sabirabadda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb, ata həbs edilib
10-09-2025, 10:00
Bakıya narkotik gətirməyi planlaşdıran şəxs tutulub
9-09-2025, 19:05
Müəllimlərin işə qəbulu: apellyasiya nəticələri elan olunub
9-09-2025, 15:53
Qüdrət Həsənquliyev: "Zabitlərə ev verməkdənsə, onlara..."
9-09-2025, 15:52
Şirkət direktoru və digərlərinin cəzası azaldılıb
9-09-2025, 14:34
Şuşada polis postunun suyunu qəsdən kəsən hotel sahibi həbs olunub
9-09-2025, 13:15
Sabahın hava proqnozu açqlanıb
9-09-2025, 13:02
Sumqayıtda avtoxuliqanlar saxlanılıb
9-09-2025, 12:24
Saatlıda qadın tutulub - Narkotiklə
9-09-2025, 12:15
Gəncədən Kəlbəcərə ilk avtobus reysi açılıb
9-09-2025, 12:02
Bakıda evdən oğurluq edən qadın saxlanılıb