16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Hərbi vəzifəlilərin təlim toplanışları davam edir - Video
Tarix: 21-02-2024 17:30 | Bölmə: Cəmiyyət
Hərbi vəzifəlilərin təlim toplanışları davam edir

"N" saylı hərbi hissədə 2024-cü ilin döyüş hazırlığı planına əsasən, bir qrup hərbi vəzifəlinin iştirakı ilə təlim toplanışı keçirilib.

Reyting.az
 Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, plana uyğun olaraq hərbi vəzifəlilərlə döyüş hazırlığı üzrə məşğələlər keçirilib, onlara silah və texnikanın taktiki-texniki xüsusiyyətləri, minaatanların döyüşə hazır vəziyyətinə gətirilməsi öyrədilib.

Həmçinin hərbi texnikaların təyinatı üzrə düzgün istismarı və hərbi yüklərin daşınması qaydaları izah olunub, hərbi nəqliyyat vasitələrinin istənilən hava şəraitində və müxtəlif relyefli ərazilərdə təhlükəsiz idarə edilməsi məşq etdirilib. Toplanış müddətində qarşıya qoyulan fəaliyyətlər hərbi vəzifəlilər tərəfindən uğurla yerinə yetirilib.

Qeyd edək ki, toplanışın əsas məqsədi ehtiyatda olan bir qrup hərbi vəzifəlinin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də praktiki vərdişlərinin artırılmasıdır.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}