Dehlidə havanın temperaturu 52 dərəcəni keçib
Tarix: 29-05-2024 17:52 | Bölmə: Cəmiyyət
Dehlidə havanın temperaturu 52 dərəcəni keçib

Hindistanın paytaxtında havanın temperaturu iki gündə ikinci dəfə 52,3 dərəcəyə çatıb.

Reyting.az
xəbər verir ki, bu barədə Hindistan Meteorologiya Departamenti bildirib.

Bir gün əvvəl Hindistan paytaxtında havanın temperaturu yeni rekord vuraraq, çərşənbə axşamı 49,9 dərəcəyə çatıb ki, bu da ilin bu vaxtı normadan 9 dərəcə yüksəkdir.

Xatırladaq ki, əvvəllər Dehlidə indiyə qədər qeydə alınan ən yüksək temperatur 2022-ci il mayın 15-16-da müşahidə edilən 49,2 dərəcə Selsi olub.

Ölkə paytaxtında istilərin yaxın bir neçə gün ərzində davam edəcəyi bildirilir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
25-07-2024, 12:30 Sabah yağış yağacaq
23-07-2024, 12:27 Sabah yağış yağacaq

{sape_links}{sape_article}