Aşura günü qanvermə aksiyaları təşkil ediləcək
Tarix: 12-07-2024 17:16 | Bölmə: Cəmiyyət
Aşura günü qanvermə aksiyaları təşkil ediləcək

İyulun 16-da Aşura günü ilə bağlı ənənəvi qanvermə aksiyası keçiriləcək. Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə keçiriləcək aksiyaların ünvanları da açıqlanıb.

Reyting.az
-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsindən bildiriblər ki, Bakı şəhərində qanvermə aksiyaları Yasamal rayonunda "Təzə pir" məscidində, Nəsimi rayonunda Əjdərbəy məscidində, Səbail rayonunda Bibiheybət məscid ziyarətgahında, Xəzər rayonunda Mir Mövsüm Ağa ziyarətgah kompleksində, Nizami rayonunda Sahib-Əz-Zaman və Keşlə qəsəbəsindəki Şah Abbas məscidlərində, Suraxanı rayonunda "Qaraçuxur" məscidində, Binəqədi rayonunda İmam Əli məscidində olacaq.

Regionlar üzrə isə Gəncə şəhərində "İmamzadə" məscid ziyarətgah kompleksində, Sumqayıt "Cümə" məscidində, Lənkəranda "Böyük bazar" məscidində, Masallı "Cümə" məscidində, Mingəçevirdə Heydər məscidində, Şəkidə İmam Əli məscidində, Şirvan şəhər məscidində, Bərdə "İmamzadə" ziyarətgah məscidində, Qubada "Ərdəbil" məscidində, Göyçayda Əbülfəzlil Abbas məscidində, Xaçmaz məscidində, Salyanda Hacı Tağı məscidində qanvermə kampaniyarı təşkil ediləcək.




Bölməyə aid digər xəbərlər