17:01 / 29-10-2025
Şirvanda zəlzələ olub
I Qarabağ müharibəsinin daha üç şəhidi dəfn olunub
Tarix: 29-10-2025 12:17 | Bölmə: Slayd
I Qarabağ müharibəsinin daha üç şəhidi dəfn olunub

Birinci Qarabağ Müharibəsində itkin düşmüş hesab edilən və nəşlərinin qalıqları 33 il sonra tapılan itkin şəhidlər dəfn olunublar.

Məlumata görə, şəhidlər Azər Bayramov, Əliyar Əliyev və İlham Mehdiyevlə onların ailə üzvlərinə məxsus evlərdə vida mərasimləri keçirilib.

Daha sonra şəhidlərin nəşlərinin qalıqları Suraxanı rayonu "Dədə Qorquq" qəbiristanlığındakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində onların yaxınları, dövlət, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər(Report).

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər