13:00 / 04-12-2024
Şura sədri intihar edib
Beynəlxalq axtarışda olan Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib
Tarix: 06-11-2024 15:54 | Bölmə: Cəmiyyət
Beynəlxalq axtarışda olan Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib

Azərbaycan beynəlxalq axtarışda olan Tacikistan vətəndaşı 1962-ci il təvəllüdlü Cəlilov Bobocon Abduraximoviçi ölkəsinə təhvil verib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, sözügedən şəxsin təhvil verilməsi ilə bağlı Tacikistan Baş Prokurorluğunun vəsatətini Azərbaycan Baş Prokurorluğu təmin edib.

Məlumata görə, Tacikistanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilən, barəsində beynəlxalq axtarış elan edilmiş Cəlilov Bobocon Abduraximoviç 2024-cü ilin may ayında Azərbaycanda saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib: "O, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Tacikistanın səlahiyyətli orqanına təhvil verilib"




Bölməyə aid digər xəbərlər
Dünən, 12:42 Sabah leysan yağacaq
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq

bütün xəbərlər