12:01 / 20-05-2025
Un neçəyədir? - Açıqlama
İki məktəbin direktoru vəzifədən azad edilib
Tarix: 20-05-2025 11:03 | Bölmə: Cəmiyyət
İki məktəbin direktoru vəzifədən azad edilib

Bakı şəhər məktəblərində monitorinqlər davam etdirilir.

Reyting.az
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadla bildirir ki, paytaxtdakı ümumi təhsil müəssisələrində aparılan monitorinqlər nəticəsində Agentlik tərəfindən verilən təlimatların icra vəziyyəti, tədrisin səmərəli təşkili, təhlükəsizlik və nizam-intizam qaydalarına əməl olunması ilə bağlı istiqamətlər araşdırılır, məktəb direktorlarının fəaliyyəti peşəkar meyarlar əsasında qiymətləndirilir.

Qeyd olunur ki, may ayında aparılan monitorinqlər nəticəsində Bakı şəhərindəki Məktəb-Lisey Kompleksinin və İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta ümumtəhsil məktəbinin direktorlarının fəaliyyətində aşkar olunmuş ciddi nöqsanlar əsas götürülməklə müvafiq qərarlar verilib.

Məktəb-Lisey Kompleksinin direktoru Esmira Quliyeva ilə bağlanmış əmək müqaviləsinə 16 may 2025-ci il tarixdən xitam verilib.

Bununla yanaşı, İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Firəngiz Həmidova ilə də bağlanmış əmək müqaviləsi 19 may 2025-ci il tarixdən ləğv edilib.

Ümumi təhsil müəssisəsinin normal fəaliyyətinin təmin olunması, idarəetmənin və tədrisin keyfiyyətinin təşkili məqsədilə hər iki müəssisənin fəaliyyəti nəzarətə götürülməklə, direktor vəzifəsinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə olunub.

Qeyd edilib ki, təhsil müəssisələrində monitorinq və yoxlamalar davamlı və ardıcıl olaraq həyata keçirilir: “Bir neçə gün öncə 207 nömrəli tam orta məktəbin direktorunun da yayılan səs yazısından sonra dərhal tərəfimizdən müəssisədə yoxlama aparılmış, həmin direktorla olan əmək münasibətlərimizə son verilib.

Nəzarət tədbirləri nəticəsində qanunvericiliyin tələblərinə əməl etməyənlərlə bağlı ölçü götürülür”.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq