Bakıda yaşayış binasının həyətini ilanlar basıb
Tarix: 26-05-2025 09:19 | Bölmə: Cəmiyyət
Bakıda yaşayış binasının həyətini ilanlar basıb

Bakının Xətai rayonu, Yeni Günəşli qəsəbəsinin B massivində yerləşən çoxmərtəbəli yaşayış binasının həyətində ilanların görünməsi sakinlər arasında narahatlıq yaradıb.

Reyting.az
Xəzər TV-yə istinadən bildirir ki, onlar bildirirlər ki, xüsusilə azyaşlılar üçün həyət artıq təhlükəli yerə çevrilib.

Sakinlərin sözlərinə görə, bu, ilk hal deyil. Əvvəlki illərdə də həyətlərində ilan görsələr də, bu dəfə vəziyyətin daha ciddi olması onları təşvişə salıb. Onlar hər gün keçdikləri ərazidə təhlükə ilə üz-üzə qaldıqlarını deyirlər.

Sakinlər təhlükənin tezliklə aradan qaldırılmasını istəyirlər. Onlar ilanların hətta evlərə girə biləcəyindən narahatdırlar.




Bölməyə aid digər xəbərlər
23-05-2025, 12:42 Sabah yağış yağacaq