18:26 / 03-06-2025
Baş nazir istefa verib
15:36 / 03-06-2025
Xankəndiyə dolu düşüb
12:59 / 03-06-2025
Sabah yağış yağacaq
Sabahın hava proqnozu açıqlanıb
Tarix: 02-06-2025 12:30 | Bölmə: Cəmiyyət
Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Reyting.az
xəbər verir ki, sabah havanın temperaturu gecə 17-21° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-20°, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:59 Sabah yağış yağacaq