17:18 / 17-02-2026
“Quyruqsuz dovşan” səhnəyə çıxır
17:17 / 17-02-2026
Mart ayında 11 gün ardıcıl iş günü olmayacaq
17:05 / 17-02-2026
Çin dağaltı gizli nüvə infrastruktunu gücləndirir - Fotolar
16:40 / 17-02-2026
İcra başçısı keçmiş şirkət rəhbərini özünə sürücü götürüb
16:22 / 17-02-2026
Adil Əliyevə niyə töhmət verilib? - Səbəb
15:49 / 17-02-2026
Salyanda kür çayında bir nəfər boğulub
15:41 / 17-02-2026
Deputatlar daha 10 qanuna dəyşiklik edəcək
15:23 / 17-02-2026
Netanyahuya ən yaxın adamın müəmmalı ölümü...
15:13 / 17-02-2026
NATO Türk Silahlı Qüvvələri ilə bağlı paylaşım edib - Foto
14:44 / 17-02-2026
Bakının mərkəzində yanğın söndürülüb-Yenilənib - Video
14:41 / 17-02-2026
ADY-nin mühəndisi qəza törədib - Fotolar
14:35 / 17-02-2026
Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
14:14 / 17-02-2026
İlin ilk Günəş tutulması başlayıb
13:38 / 17-02-2026
Britaniya narahatdır: ABŞ Mastercard və Visa-nı söndürsə, dünya 1950-ci illərə qayıdacaq
13:27 / 17-02-2026
Saxta kredit elanları verən şəxs saxlanılıb
13:14 / 17-02-2026
İtaliyada tarixi teatr binası yanır - Foto
13:11 / 17-02-2026
"Qarabağ" - "Nyukasl" matçına 27 mindən çox bilet satılıb
12:59 / 17-02-2026
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb
12:57 / 17-02-2026
Polşa Türkiyənin qlobal sistemdəki rolunu dəstəkləyir
12:46 / 17-02-2026
Taksi sürücülərinin tətili başlayıb
12:41 / 17-02-2026
II Qaregenin yerini II Sahak Maşalyan tutacaq
12:38 / 17-02-2026
Rəis məhkəmədə ifadə verib
12:32 / 17-02-2026
Güllələnən müəllimə xəstəxanadan evə buraxılıb
12:30 / 17-02-2026
Bakıda NATO-nun təlim kursu keçirilir - Fotolar
12:27 / 17-02-2026
Rusiya, Çin və İran Hörmüz boğazında təlimlərə gəmi göndərib
12:11 / 17-02-2026
Ramazan ayı ilə bağlı fətva verilib
12:06 / 17-02-2026
Bakıda 42 məktəbə direktor təyin olunub - Siyahı
11:34 / 17-02-2026
Ruben Vardanyana hökm oxunub - 20 il həbs
11:28 / 17-02-2026
Ramazan ayı başlayır - Təqvim
11:24 / 17-02-2026
Dövlət Agentliyində maaşlar gecikib
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
18:31 / 12-02-2026
Antarktidada itən cihazı yadplanetlilər aparıb? - Foto
11:47 / 16-02-2026
Rusiya və Ukraynanın cəbhədəki itkilərinin nisbəti açıqlanıb
09:44 / 17-02-2026
Rəssam Ayla İnsanovanın əsərləri Parisdə sərgilənib - Fotolar
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
13:17 / 16-02-2026
Məhkəmə baş redaktorun əleyhinə qərar verib
21:19 / 15-02-2026
Azərbaycan və Serbiya prezidentləri bəyanatla çıxış ediblər - (Yenilənib) - Video
18:41 / 16-02-2026
Sabah Günəş tutulması olacaq
Görkəmli dövlət xadimi haqqında... - Sadiq Qurbanov yazır
Tarix: 02-06-2025 16:51 | Bölmə: Cəmiyyət

Sadiq Qurbanov,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
XX yüzilliyin əvvəli Azərbaycan tarixinin ən təlatümlü vaxtlarıdır. Çar Rusiyasında gedən inqilabi proseslər, Azərbaycanda milli düşüncənin təşəkül tapması fonunda soyqırımlar və deportasiyalar bu ziddiyyətli tarixi şəaritin öyrənilməsini şərtləndirir. Belə bir mühitdə formalaşan şəxslərdə milli düşüncə, müstəqillik duyğuları özünü qabarıq göstərir. Bu cür tarixi dövrləri araşdırmaq, onları gənc nəsilə çatdırmaq milli prioritetlərimizdən olmalıdır. Eyni zamanda tarixi keçmişimizi dərindən öyrənmək, onun ibratəmiz dərslərini gənc nəsilə çatdırmaq, onlara milli düşüncəni aşılamaq ən vacib məsələlərdən biridir.
Belə ziddiyyətli dövrdə dünyaya göz açmış görkəmli dövlət xadimi İlyas Vəkilovun həyat və fəaliyyəti bizim üçün ən gözəl örnəklərdən biridir. Onun fəaliyyəti üç fərqli formasiyada - Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR kimi bir-biri ilə ziddiyyətli dövrləri əhatə edir.
İlyas Vəkilovun həyatının ən ziddiyyətli və gərgin dönəmləri məhz Sovetlər Birliyi dönəminə düşür. Sovetlər Birliyi dövründə bütün əsilzadə nəsillər kimi vəkilovlar nəsli də ağır repressiyalara məruz qalıb. İ. Vəkilovun doğma qardaşı Əli bəy Vəkilov repressiya qurbanı olub. Digər qardaşı, Azərbaycanın ilk hüquqşünaslarından olan Həsənalısultan bəy Vəkilov isə Sovetlər Birliyi qurulduqdan sonra mühaciərətə getmək məcburiyyətində qalıb.
Həmin dövrün həqiqətlərini gözlərimiz önündə canlandırmağımız üçün İlyas Vəkilovun qardaşı qızı dünya şöhrətli Leyla Vəkillinin bir xatirəsini yada salmaq yerinə düşərdi. Leyla Vəkilli öz xatirələrində bildirir:
“Mən atamın öz doğmalarını - qardaşları İlyas və Qəzənfərin necə həsrətini çəkdiyini, onun iztirablarını hiss edirdim. Odur ki, bu iztirablara və həsrətə son qoymaq üçün universitetdə qəbul olarkən Fransadakı Sovet səfirliyinə gedərək bildirdim ki, mənim Sovetlər Birliyində İlyas və Qəzənfər adlı əmilərim var və mən onlarla əlaqə yaratmaq istəyirəm. Sevinə-sevinə evə gəlib atama bildirdim ki, mən artıq böyük qızam, bu gün çox böyük bir iş gördüm. Sovet səfirliyinə gedib əmilərimi axtarmaq üçün müraciət etdim. Atam mən çox hisrləndi və dedi: Sən nə etmisən? Onları orada incidəcəklər. Mən əvəlcə atamın hisrslənməyini anlaya bilmədim. Sonralar başa düşdüm”
Özünəməxsus xarakterik cizgiləri olan İlyas Vəkilov heç vaxt öz milli və soy kimliyindən imtina etməyib. Mənsub olduğu nəsilin Qazax Sultanlığı, İrəvan Xanlığı və Şərur-Dərələyəz qəzasında böyük mülklərə və idarəetmə hüququna malik olmaları səbəbi ilə sovetləşmə dönəmində bu soydan olanlar ağır repressiyalara məruz qalmış və bir çoxları öz soyadını dəyişməklə repressiyadan qurtulmağa çalışmışlar. Lakin öz soy-kökünə bağlı olan İlyas Vəkilov böyük bir sevgi ilə bu soyadı daşımağa davam etmişdir.

İlyas Vəkilov
Haşiyə: İlyas Sultan bəy oğlu Vəkilov 20 mart 1905-ci il tarixdə Şərur-Dərələyəz qəzasının Çivə kəndində anadan olmuşdur. İlk təhsilini Çivə kəndindəki mədrəsədə almışdır. Bundan sonra 1923-cü ildə Bakıda hərbi məktəbdə ali təhsilə yiyələnərək bölük kоmаndiri rütbəsi аlmışdır (1927). Sonra Аzərbaycan SSR Хаlq Ədliyyə Kоmissаrlığındа хüsusi şöbə rəisinin müаvini və rəisi işləmişdir (1927–1929).
Mоskvа Kоmmunist Tərbiyəsi Аkаdеmiyаsındа təhsilini (1929–1931) bаşа vurduqdаn sоnrа Аzərbaycan SSR Dövlət Plаn Kоmitəsi sistеmində işləmiş (1931–1935), iхtisasını аrtırmаq üçün Mоskvаdа Ümumittifаq Plаn Аkаdеmiyаsındа təhsilini dаvаm еtdirmişdir (1935–1938). Nахçıvаn MSSR Хаlq Kоmissаrlаrı Sоvеtinin sədri оlmuş (1938–1949), otuz ilə yaxın müddətdə (1949/1978-cı il) Bаkı Şəhər Sоvеti plаn kоmissiyаsının sədri işləmişdir.
İlyas Vəkilov “Оktyаbr inqilаbı”, "Şərəf nişаnı" оrdеnləri, "Qаfqаzın müdаfiəsi uğrundа" mеdаlı, Аzərbаycаn SSR Аli Sоvеti Rəyаsət Hеyətinin fəхri fərmаnlаrı ilə təltif еdilmişdir. Dəfələrlə Bаkı Şəhər Sоvеtinin dеputаtı və İcrаiyyə Kоmitəsinin üzvü, Аzərbаycаn KP Bаkı Kоmitəsinin üzvü sеçilmişdir.
İlyas Vəkilov 2 iyun 1987-ci ildə Bakı şəhərində vəfat etmişdir. Dəfn komissiyasına professor Abbas Zamanov rəhbərlik etmişdir.
İlyas Vəkilovun ən yaxın dostlarından olan professor Abbas Zamanov haqqında da bir neçə kəlmə demək istəyirəm. Cəfər babamın ziyalı nümunəsi hesab etdiyi, bizə həmişə örnək göstərdiyi parlaq şəxsiyyətlə şəxsi münsibətləri bizim bu insana qarşı marağımızı artırırdı. Milli dəyərlərə bağlı bu insanların bir-biri ilə əlaqəsi təsadüfi deyil.
İlyas Vəkilov hər iki tərəfdən əsilzadə nəslinə mənsubdur. İlyas Vəkilovun atası Sultan bəy Şərur-Dərələyəz qəzasının ən böyük mülkədarı Həsənalı Sultan Vəkilovun nəvəsidir.
Anası Şirin xanım Səfiyeva Şərurun ən köklü ailələrindən olan Səfiyevlər ailəsindədir. Şirin xanımın mənsub olduğu Səfiyevlər nəsli Azərbaycan xalqına Abo Fətəli bəy Düdənginski, görkəmli maarifçi Tağı bəy Səfiyev, dünya şöhrətli rəssam İbrahim Səfi və başqa şəxsləri bəxş etmişdir.
İlyas Vəkilovun Ümummili lider Heydər Əliyevlə yaxın münasibətləri olub. Onun Nахçıvаn MSSR Хаlq Kоmissаrlаrı Sоvеtinin sədri оlduğu (1938–1949) dövrdə bir müddət Nахçıvаn MSSR Хаlq Kоmissаrlаrı Sоvеtinin birlikdə çalışmışlar.
Onu da qeyd etmək lazımıdr ki, İlyas Vəkilovun Naxçıvanda Xalq Daxili İşlər Komissarlığına rəhbərlik etdiyi dövrdə həmin qurum xüsusi xidmət orqanı funksiyasını həyata keçirirdi. İlyas Vəkilovun xüsusi xidmət orqanına rəhbərlik etməsi ona öz nəslindən olan insanların Sovet rejiminin repressiya aparatından qorumağına imkan yaratmışdır. Eyni zamanda o bəy nəslindən olan çox sayda şəxsləri represiyyalardan həbslərdən qorunmasına yardımçı olmuşdur.
Sonralar Heydər Əliyev respublika rəhbəri olduğu dönəmdə İlyas Vəkilov (1949/1978-cı il) Bаkı Şəhər Sоvеti plаn kоmissiyаsının sədri vəzifəsində işləyərkən yenidən birlikdə çalışmışlar. Onlar işgüzar münasibətlərində hüququn aliliyini rəhbər tutmaqla bərabər eyni zamnda böyük-kiçik, dostluq kimi milli xüsusiyyətlərimizi də unutmamış, dahi siyasətçi Heydər Əliyev daima İlyas Vəkilovun şəxsiyyətinə hörmətlə yanaşmışıdr.
İlyas Vəkilovun tərcümeyi-halını araşdırarkən onun müxtəlif istiqamətdə olan maraqlı fəaliyyətləri ilə rastlaşdıq. İlyas Vəkilov daim dövlət vəzifələrində çalışmasına baxmayaraq, həyatda həmişə elm adamları ilə yaxın dostluq münasibəti olmuşdur. Onun ən yaxın dostları akademik Yusif Məmmədəliyev, professor Abbas Zamanov, xalq şairi Səməd Vurğun, professor Mehdixan Vəkilov və b. olmuşdur.
Azərbaycan elm tarixinə öz töhfəsini verən İlyas Vəkilovun yazdığı dərsliklər barədə danışarkən təbii ki, tariximizin bir parçası olan SSRİ dönəmindən bəhs etməyə bilmərik. Etiraf etmək lazımdır ki, Azərbaycan elm tarixinin vacib bir komponenti də SSRİ dönəmidir. SSRİ-nin qurulduğu ilk dönəmdə “SSRİ-də kütləvi savadsızlığın aradan qaldırılması” Dövlət Proqramı çərçivəsində sovet adamlarının minimum icbari orta təhsillin verilməsi proqramı 100 faiz icra edilmişdir. Şübhəsiz ki, savadsığılığın aradan qaldırılmasında dərsliklər mühüm rol oynayır. İlyas Vəkilov da Azərbaycan elm tarixinə iki dərslik bəxş edib.

İlyas Vəkilov 1926-cı il tarixində 21 yaşında iki dərslik yazmışdır. Dərsliklər riyaziyyat və ana dili fənlərini əhatə etməklə bu cür adlanır:
1. Savad və az-savadlılar məktəbində riyaziyyat dərsləri rəhbəri
2. Savad məktəblərində ana dili dərsləri rəhbəri.
Dərsliklər Siyasi Maarif İdarəsi tərəfindən 1926-cı ildə nəşr edilmişdir.

Dərsliklər latın qrafikasında yazılmışdır. Təbii ki, dərsliklər o dövrün reallıqlarına və əhalinin savad səviyyəsinə uyğun olaraq sadə və anlaşılar bir dildə qələmə alınmışdır. Kitabların adından da görünür ki, həmin dövr üçün əhali savad səviyyəsinə görə iki kateqoriyaya ayrılmışdır: savad və az-savad səviyyəsi.
İlyas Vəkilovun müəllifi olduğu riyaziyyat dərsliyi savad və az-savad səviyyəsində, ana dili dərsliyi isə savad səviyyəsində olan əhali qrupu üçün nəzərdə tutulmuşdur.
İlyas Vəkilovdan söz açarkən bu görkəmli şəxsiyyətin araşdırıcısı polkovnik Kamil Dərələyəzlinin (Məmmədov) adını çəkməyə bilmərik.
Görkəmli dövlət xadimi İlyas Vəkilov şair təbiətli şəxs olmaqla bədii yaradıcılıqla da məşğul olmuş, “Didəvan” adlı irihəcmli poema yazmışdır. Poemanı özündən şəxsən dinləyən yaxın qohumu İsa Əhməd bəy oğlu Vəkilov və akademik İsa Həbibbəyli onun poetik düşüncəsini çox bəyənmişlər. Qeyd etməliyəm ki, İlyas Vəkilov poyeziyaya ədəbiyyata bağlı bir adam olsa da, heç vaxt şeirlərini çap etmək barəsində düşünməmişdir.
120 illik yubileyini qeyd etdiyimiz İlyas Vəkilov həsr edilmiş bu yazını onun parlaq şəxsiyyətinə kiçik bir töhvədir. Ruhu şad olsun!
Bölməyə aid digər xəbərlər

Bu gün, 15:49
Salyanda kür çayında bir nəfər boğulub
Bu gün, 13:27
Saxta kredit elanları verən şəxs saxlanılıb
Bu gün, 12:38
Rəis məhkəmədə ifadə verib
Bu gün, 12:06
Bakıda 42 məktəbə direktor təyin olunub - Siyahı
Bu gün, 10:48
Naxçıvanda dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb
Dünən, 18:41
Sabah Günəş tutulması olacaq
Dünən, 13:58
Geomaqnit qasırğası gözlənilir
Dünən, 12:57
Bəzi müəllimlər üçün imtahan qaydası dəyişir
Dünən, 08:03
İran tibb sahəsində öncüllər sırasındadır
15-02-2026, 17:43
Magistraturaya qəbul imtahanı keçirilib
14-02-2026, 15:17
Naxçıvanda yeddi nəfər dəm qazından zəhərlənib, ölən var - Yenilənib
14-02-2026, 12:11
Sabah yağış yağacaq - Proqnoz
13-02-2026, 17:30
Keçmiş hakimin daha bir məhkəməsi başlayır
13-02-2026, 16:11
Ata Abdullayev azadlığa buraxılıb
13-02-2026, 16:02
Şimal və Cənub: bir tərəf güclü şaxtadan, digər tərəf şiddətli istilərdən əziyyət çəkir
13-02-2026, 13:28
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13-02-2026, 13:04
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
13-02-2026, 12:32
Sabahın hava proqnozu açıqlanıb
13-02-2026, 12:12
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
13-02-2026, 10:19
Şəhid oğlu direktor təyin edilib
12-02-2026, 19:52
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
12-02-2026, 18:16
Avropanın effektiv yuxu üçün ən yaxşı və ən pis şəhərlərinin adı açıqlanıb - Siyahı
12-02-2026, 17:52
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
12-02-2026, 17:04
Nazirlik gənc əsgərlərin yaxınlarına müraciət edib
12-02-2026, 16:34
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
12-02-2026, 12:37
Sabah hava necə olacaq? - Proqnoz
12-02-2026, 12:19
Qrant müsabiqəsinin qalibləri açıqlanıb - Siyahı
12-02-2026, 12:08
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
12-02-2026, 11:21
Fevralın 15-də 22 mindən çox bakalavr magistraturaya imtahan verəcək
12-02-2026, 10:37
Bakıda ər-arvad dəm qazından zəhərlənib
12-02-2026, 10:20
Səhralarda sirli mikrotunellər tapılıb - Foto
11-02-2026, 19:42
Audiovizual Şura "Kinobox" və "Mahnı" TV-yə lisenziya verib
11-02-2026, 16:51
Hospital rəisi vəzifədən azad edilib
11-02-2026, 14:20
Dövlət əleyhinə çağırışlar edən şəxs barəsində qərar verilib
11-02-2026, 12:28
“QHT işi” üzrə ittiham olunan fond əməkdaşının məhkəməsi başlayıb
11-02-2026, 11:48
Cəlilabadda üç nəfər narkotiklə tutulub
11-02-2026, 11:09
Nikahdankənar doğulanların statistikası təqdim olunub - Siyahı
11-02-2026, 10:34
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib
10-02-2026, 17:34
Keçmiş hərbi komissarı məhkəmə zalında həbs ediblər
10-02-2026, 16:53
Daha bir qanuna dəyişiklik edilib
10-02-2026, 12:36
Sabah Bakıda və bölgələrdə qar yağacaq - Proqnoz
10-02-2026, 10:53
İdarə rəisi müşavir təyin olunub
10-02-2026, 08:23
Planetin 10 faizi "ChatGPT"-dən istifadə edir
9-02-2026, 22:34
Alıcı süni intellekti aldadaraq 8000 avro qazanıb

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək