General vəzifədən azad olunub
Tarix: 16-02-2026 22:48 | Bölmə: Xəbərlər

General vəzifədən azad olunub

Fövqəladə Hallar Nazirliyində kadr islahatları gedir.

Reyting.az NOCOMMENT.az-a istinadən xəbər verir ki, Kadr Siyasəti Baş İdarəsinin rəisi general-mayor Şirinova Sevda Azər qızı da işdən azad olunur.

Bununla bağlı nazir Kəmaləddin Heydərovun əmir imzalayacağı bildirilib.

Qeyd edək ki, 13 dekabr 2010-cu il tarixli Prezident sərəncamı ilə Sevda Şirinovaya general-mayor rütbəsi verilib və bununla da o, Azərbaycan dövlət idarəçiliyində general rütbəsi alan qadın kimi tarixə düşüb.





Bölməyə aid digər xəbərlər