18:03 / 13-08-2025
Tiktoker qəzaya düşüb
Biləcəridə ağacları qırıblar - DİN araşdırma aparır
Tarix: 13-08-2025 15:40 | Bölmə: Cəmiyyət
Biləcəridə ağacları qırıblar - DİN araşdırma aparır

Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşıllıqların qırılması faktı araşdırılır.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli məlumat verib.

“Binəqədi rayonu Biləcəri qəsəbəsindəki yaşıllıq ərazidə ağacların kəsilməsi faktı ilə bağlı Rayon Polis İdarəsində araşdırmalar aparılır”, - DİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində ağacların kütləvi şəkildə məhv edilməsi ilə bağlı xəbər yayılıb. Məsələ ilə bağlı rayon icra hakimiyyətindən Baku.ws-ə bildirilib ki, ərazidə ağacların budanması işləri aparılıb.




Bölməyə aid digər xəbərlər
9-08-2025, 12:26 Sabah yağış yağacaq