Məmməd İsmayılı reanimasiyaya yerləşdiriblər - Yenilənib
Tarix: 13-08-2025 22:36 | Bölmə: Cəmiyyət
Məmməd İsmayılı reanimasiyaya yerləşdiriblər

Şair Məmməd İsmayıl "Bona Dea" Hospitalının Reanimasiya şöbəsinə yerləşdirilib.

Reyting.az
xəbər verir ki, bunu Məmməd İsmayılın qızı deyib.

O bildirib ki, dörd gündür xəstəxanaya yerləşdirilən professor Məmməd İsmayılın vəziyyəti dünən axşam ağırlaşıb:

"Ara-sıra xəstəxanaya aparırdıq. Son 4 gün burada oldu. Dünən axşam isə vəziyyəti ağırlaşdı, reanimasiyaya yerləşdirdilər. Həkimlər vəziyyətin olduqca ciddi olduğu deyirlər".

Qeyd edək ki, Məmməd İsmayıl bir neçə ildir müxtəlif xəstəliklərdən əziyyət çəkir. Ötən ildən sağlamlığındakı problemlər ciddiləşib və Heydər Əliyev Fondu onun müalicəsini öz üzərinə götürüb.(APA)

***

Şair Məmməd İsmayıl palataya köçürülüb.

Reyting.az
bildirir ki, bu barədə APA-ya şairin qızı İntizar İsmayıl məlumat verib.

Onun sözlərinə görə, atası hazırda həkim nəzarəti altındadır

“Bir az əvvəl palataya köçürülüb, təzyiqi aşağıdır. İndi vəziyyəti daha yaxşıdır”, – deyə qızı qeyd edib.




Bölməyə aid digər xəbərlər