18:03 / 13-08-2025
Tiktoker qəzaya düşüb
Restoranda qəfəsdə saxlanılan tülkülər buraxılıb
Tarix: 13-08-2025 16:57 | Bölmə: Cəmiyyət
Restoranda qəfəsdə saxlanılan tülkülər buraxılıb

Sosial şəbəkələrdə “Yolüstü” restoranının ərazisində tülkülərin qəfəsdə saxlandığını əks etdirən görüntülər yayılıb.

Görüntülər müzakirələrə səbəb olduqdan sonra Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov məsələyə münasibət bildirib.

Onun sözlərinə görə, Ələt-Astara magistral avtomobil yolunun kənarında fəaliyyət göstərən “Yolüstü” restoranının ərazisində tülkülərin qəfəsdə saxlanılması ilə bağlı sosial şəbəkədə yayılan görüntülər qurum əməkdaşları tərəfindən yerində araşdırılıb:

“Əraziyə keçirilən baxış zamanı vəhşi heyvanların qəfəsdə olmadığı müəyyən edilib. Restoranın sahibi qeyd edib ki, görüntülər sosial şəbəkədə yayıldıqdan sonra tülkülər qəfəsdən çıxarılaraq təbiətə buraxılıb.

Tülküləri qəfəsdə qanunsuz saxladığına görə restoranın sahibi barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq akt və protokol tərtib edilərək qanunamüvafiq tədbir görüləcək”.




Bölməyə aid digər xəbərlər
9-08-2025, 12:26 Sabah yağış yağacaq