Xırdalanda Quşçuluq yaşayış massivində yanğın başlayıb
Tarix: 19-08-2025 13:38 | Bölmə: Cəmiyyət
Xırdalanda Quşçuluq yaşayış massivində yanğın başlayıb

Xırdalanda Quşçuluq yaşayış massivində təkər tullantıları yanır.

Reyting.az
Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində təkər tullantıları yanması barədə ilkin məlumat daxil olub.

Məlumat daxil olandan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.




Bölməyə aid digər xəbərlər
13-08-2025, 18:03 Tiktoker qəzaya düşüb