12:38 / 20-08-2025
Sabah isti hava olacaq
Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş edib
Tarix: 20-08-2025 11:30 | Bölmə: Cəmiyyət
Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş edib

London-Düşənbə marşrutu üzrə uçan “Nomad Aviation AG” aviaşirkətinə məxsus hava gəmisinin kapitanı texniki səbəbə görə Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş üçün sorğu ünvanlayıb.

Reyting.az
xəbər verir ki, bunu Heydər Əliyev Beynəlxalq Aeroportundan bildiriblər.

Məlumata görə, təyyarə yerli vaxtla saat 02:21-də uğurla Bakı aeroportuna enib.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu yüksək operativlik nümayiş etdirərək və beynəlxalq standartlara uyğun fəaliyyət göstərərək texniki və fövqəladə hallarda sərnişinlərə və hava gəmilərinə etibarlı dəstək təmin edir.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:38 Sabah isti hava olacaq