14:28 / 22-08-2025
Baş mühasib həbs olunub
Sabah hava necə olacaq? - Proqnoz
Tarix: 22-08-2025 12:12 | Bölmə: Cəmiyyət
Sabah hava necə olacaq? - Proqnoz

Avqustun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Reyting.az
xəbər verir ki, sabah havanın temperaturu gecə 21-25, gündüz 29-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-25, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq




Bölməyə aid digər xəbərlər
20-08-2025, 16:01 Ağdərədə yanğın olub
20-08-2025, 12:38 Sabah isti hava olacaq