Polis karnavalda 420-dən çox adam saxlayıb
Tarix: 26-08-2025 08:24 | Bölmə: Cəmiyyət
Polis karnavalda 420-dən çox adam saxlayıb

Londonun Notting Hill rayonunda ikigünlük Afro-Karib karnavalının sonunda polis 420-dən çox adamı saxlayıb.

Reyting.az
xarici mediaya istinadla xəbər verir ki, şənlik zamanı düşən davada iki nəfər bıçaqlanıb.

“Notting Hill karnavalının ilk iki günü ərzində 423 iştirakçı həbs edilib”, - polisin açıqlamasında deyilir. Bununla belə, hüquq-mühafizə orqanları əvvəlki illərlə müqayisədə bu il ciddi zorakılığın səviyyəsinin xeyli aşağı düşdüyünü qeyd ediblər.

Tədbirdə təhlükəsizliyi təmin etmək üçün 7 mindən çox polis əməkdaşı cəlb olunub.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
20-08-2025, 16:01 Ağdərədə yanğın olub
20-08-2025, 12:38 Sabah isti hava olacaq