12:16 / 26-08-2025
Sabah hava yağışlı olacaq
Bakıda evdən oğurluq edən iki nəfər tutulub
Tarix: 26-08-2025 12:01 | Bölmə: Cəmiyyət
Bakıda evdən oğurluq edən iki nəfər tutulub

Bakıda evdən oğurluq edən iki nəfər tutulub.

Reyting.az
Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Yasamal rayonunda talama cinayəti qeydə alınıb. Naməlum şəxslər gecə saatlarında paytaxt sakininin evindən 10 min manat oğurlayıblar. Bu barədə zərərçəkən şəxs polisə məlumat verib.

Yasamal RPİ-nin 28-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə qabaqcadan əlbir olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan 34 yaşlı Ü.Qasımov və 24 yaşlı N.Qəmbərov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
20-08-2025, 16:01 Ağdərədə yanğın olub
20-08-2025, 12:38 Sabah isti hava olacaq