Ağcabədidə yanacaqdoldurma məntəqəsi yanıb
Tarix: 27-08-2025 10:02 | Bölmə: Cəmiyyət
Ağcabədidə yanacaqdoldurma məntəqəsi yanıb

Ağcabədi rayonunda yanacaqdoldurma məntəqəsi yanıb.

Məlumata görə, hadisə axşam saatlarında rayonun Təzəkənd kəndində, Mingəçevir - Bəhramtəpə magistral yolu üzərindəki məntəqədə baş verib.

Əraziyə FHN-nin Ağcabədi rayon yanğınsöndürən bölməsinin əməkdaşları cəlb edilib və yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır(report).




Bölməyə aid digər xəbərlər