Urusun adamı - Etibar Cəbrayıloğlu yazır
Dövlət Agentliyinin sədri vəzifədən azad edilib
Polkovnikə maraqlı məktub - Fotolar
Keçmiş rektorun milyonluq mülkləri müsadirə olunub - Siyahı
Rusiya ABŞ-a İranla bağlı çağırış edib
Ağdərənin 4 kəndinə köç karvanı gedib - (Yenilənib)
Prezident bu şəxsləri təltif edib - Siyahı
Məktəb direktoruna təzyiq altında ərizə yazdırıblar - Fotolar
Hərbi xidmətə çağırış başlayır
İcra hakimiyyətinin 43 əməkdaşı vəzifədən azad edilib
Ramazanın 6-cı günü: dua, imsak və iftar vaxtı
DTX Gültəkin Hacıbəylinin evində axtarış aparıb - (Yenilənib)
Tarix: 20-02-2026 16:16 | Bölmə: Cəmiyyət

İnsan alveri ilə məşğul olan transmilli mütəşəkkil dəstənin üzvü həbs edilib.
Bu barədə Reyting.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən tədbirlərlə insan alverində təqsirləndirilən 49 yaşlı Rima Gülaliyeva həbs edilib.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, o, xarici ölkələrin birində şəxsiyyəti konfidensial saxlanılan Azərbaycan Respublikasının vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqla insan alveri cinayəti törətməkdə ittiham olunur. R.Gülaliyeva tamah məqsədilə transmilli mütəşəkkil dəstənin xarici ölkə vətəndaşları olan üzvləri ilə cinayət əlaqəsinə girərək qadınları aldadıb dövlət sərhədindən keçirməklə xarici ölkəyə aparıb. Zərərçəkmiş şəxslər hədə-qorxu və məcburetmə yolu ilə nəzarətdə saxlanılıb, onların ümumvətəndaş pasportları götürülərək pul müqabilində cinsi istismara məruz qoyulublar. İstintaqla həmçinin müəyyən edilib ki, R.Gülaliyeva qadınları xarici dövlətin ərazisində ailə qurmaq adı ilə həmin ölkənin kişi vətəndaşlarına 6 000 və 8 000 ABŞ dollarına satıb.

Bundan sonra o, həmin qadınlara toy hədiyyəsi kimi verilən qızıl-zinət və digər dəyərli əşyaları götürərək oradan qaçmalarını tapşırıb. Toplanmış sübutlar əsasında başlanmış cinayət işi üzrə R. Gülaliyeva təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Transmilli mütəşəkkil dəstənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, insan alveri cinayətlərindən zərərçəkmiş şəxslər DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə və ya 152 qaynar xəttinə müraciət edə bilərlər. Müraciət edən şəxslərin konfidensiallığı tam təmin olunur", - məlumatda deyilir.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək