Urusun adamı - Etibar Cəbrayıloğlu yazır
Dövlət Agentliyinin sədri vəzifədən azad edilib
Polkovnikə maraqlı məktub - Fotolar
Keçmiş rektorun milyonluq mülkləri müsadirə olunub - Siyahı
Rusiya ABŞ-a İranla bağlı çağırış edib
Ağdərənin 4 kəndinə köç karvanı gedib - (Yenilənib)
Prezident bu şəxsləri təltif edib - Siyahı
Məktəb direktoruna təzyiq altında ərizə yazdırıblar - Fotolar
Hərbi xidmətə çağırış başlayır
İcra hakimiyyətinin 43 əməkdaşı vəzifədən azad edilib
Ramazanın 6-cı günü: dua, imsak və iftar vaxtı
DTX Gültəkin Hacıbəylinin evində axtarış aparıb - (Yenilənib)
Tarix: 24-02-2026 13:28 | Bölmə: Slayd

Ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin əmlakları müsadirə olunub.
Reyting.az "Teleqraf"a istinadla xəbər verir ki, məhkəmə qərarı ilə dövlət nəfinə müsadirə olunan əmlakların bir qismi aşağıdakılardır:
1) 16 500 000 - 18 100 000 manat dəyərində Azərbaycan Beynəlxalq Universitetini təşkil edən 34 349.7 kvadratmetr ölçüdə torpaq sahəsi;
2) Hazırda "Aristokrat" Tibb Mərkəzinin fəaliyyət göstərdiyi daşınmaz əmlak;
3) "Era" tam orta məktəb və bağçanın fəaliyyət göstərdiyi daşınmaz əmlak (Qiyməti 9-10 milyon manat civarında dəyərləndirilir);
4) Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsi, ev 11, mənzil 8;
5) Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 26 saylı bağ sahəsi;
6) Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 609 saylı bağ evi;
7) Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 707D saylı bağ evi;
8) Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 3141-ci məhəllə, ev 10, mənzil 52;
9) Yasamal rayonu, Qurban Xəlilov küçəsi, 4,6 mənzil 23;
10) Sabunçu rayonu "Vişnyovka-1" bağ sahəsində yerləşən 1234 saylı bağ sahəsi;
11) Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialının adına rəsmiləşdirilmiş Rusiya Federasiyasının Moskva şəhəri, Odinsovu rayonunun Marfino kəndində 26B ünvanında yerləşən 20 000 kvadratmetr torpaq sahəsi və 1000 kvadratmetr tikilidən ibarət daşınmaz əmlak.
Qeyd edək ki, Elşad Abdullayevə Cinayət Məcəlləsinin 137.5.2-ci (İnsan orqanlarının və toxumalarının alqı-satqısı, qanunsuz donorluğu və transplantasiyası, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1, 311.3.2, 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) və 29, 312.2-ci (rüşvət verməyə cəhd etmə) maddələri ilə ittiham elan olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Elşad Abdullayev qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Elşad Abdullayev Fransa vətəndaşlığını alıb.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək