Urusun adamı - Etibar Cəbrayıloğlu yazır
Dövlət Agentliyinin sədri vəzifədən azad edilib
Polkovnikə maraqlı məktub - Fotolar
Keçmiş rektorun milyonluq mülkləri müsadirə olunub - Siyahı
Rusiya ABŞ-a İranla bağlı çağırış edib
Ağdərənin 4 kəndinə köç karvanı gedib - (Yenilənib)
Prezident bu şəxsləri təltif edib - Siyahı
Məktəb direktoruna təzyiq altında ərizə yazdırıblar - Fotolar
Hərbi xidmətə çağırış başlayır
İcra hakimiyyətinin 43 əməkdaşı vəzifədən azad edilib
Ramazanın 6-cı günü: dua, imsak və iftar vaxtı
DTX Gültəkin Hacıbəylinin evində axtarış aparıb - (Yenilənib)
Tarix: 26-02-2026 13:56 | Bölmə: Slayd

Rusiya hava və raketdən müdafiə sistemləri yaxın illərdə Böyük Britaniya və Fransanın nüvə silahlarını zərərsizləşdirmək imkanlarını xeyli artıra bilər.
Reyting.az xəbər verir ki, bu barədə Britaniyanın müdafiə üzrə beyin mərkəzi - Royal United Services Institute (RUSI) tərəfindən yayımlanan yeni təhlildə qeyd olunub.
Məlumata görə, Rusiya hava məkanı üzərində müdafiə “qalxanını” fəal şəkildə gücləndirir. Bu isə Avropanın iki nüvə dövlətinin növbəti onillikdə Moskvaya cavab zərbəsi endirmək qabiliyyətini sual altına qoya bilər.
“Politico” nəşri yazır ki, daha müxtəlif və geniş nüvə arsenalına malik ABŞ-dan fərqli olaraq, Böyük Britaniya və Fransa əsasən dənizdə yerləşdirilmiş, sayca məhdud döyüş başlıqlarına güvənir.
Bu arada, Rusiya tərəfindən hazırlanan raketdən müdafiə sistemləri getdikcə daha təsirli olur. 2024-cü ildə İsrail və ABŞ-nın hər birinin təxminən 200 ballistik raketi əhatə edən iki böyük İran hücumunun təxminən 90 faizini ələ keçirdiyi bildirilir.
RUSI-nin hesabatında vurğulanır ki, əgər analoji ələkeçirmə göstəriciləri Moskvanı qoruyan sistem tərəfindən əldə edilərsə, Böyük Britaniya və ya Fransanın mümkün zərbəsi nəzərdə tutulan hədəfə çatmaya bilər.
Tədqiqatın müəllifi S. Kaushal xəbərdarlıq edib ki, Moskvaya zərbə endirmək qabiliyyəti “Avropanın müstəqil nüvə çəkindiricisinin etibarlılığının əsasını təşkil edir”.
Onun sözlərinə görə, ABŞ-nın “genişləndirilmiş çəkindirmə” siyasəti Çinin artan təzyiqləri fonunda getdikcə daha çox sınağa çəkilə bilər.
Son illərdə Avropanın nüvə arsenalı ciddi müzakirə mövzusuna çevrilib. Bir sıra ölkələr ABŞ silahlarını tamamlayan və Avropaya məxsus çəkindirmə mexanizminin formalaşdırılmasını vacib hesab edir. Fransa, Almaniya və İsveç kimi dövlətlər ABŞ-nın mümkün Rusiya hücumuna necə reaksiya verəcəyi ilə bağlı narahatlıqlar fonunda Avropanın rolunu daha fəal şəkildə müzakirə etməyə hazır olduqlarını göstərirlər.
Böyük Britaniya indiyədək bu məsələdə ehtiyatlı mövqe sərgiləsə də, baş nazir Keir Starmer Münxen Təhlükəsizlik Konfransındakı çıxışında Fransa ilə nüvə əməkdaşlığının gücləndirilməsindən bəhs edib.
Qeyd olunur ki, Fransanın nüvə çəkindirici qüvvələri tarixən ABŞ və NATO qüvvələrindən ayrı fəaliyyət göstərib. Böyük Britaniyanın nüvə qüvvələri isə formal olaraq Vaşinqtondan asılı olmasa da, Amerika texnologiyasına əsaslanır.
E. KAMAL
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək