Urusun adamı - Etibar Cəbrayıloğlu yazır
Dövlət Agentliyinin sədri vəzifədən azad edilib
Polkovnikə maraqlı məktub - Fotolar
Keçmiş rektorun milyonluq mülkləri müsadirə olunub - Siyahı
Rusiya ABŞ-a İranla bağlı çağırış edib
Ağdərənin 4 kəndinə köç karvanı gedib - (Yenilənib)
Prezident bu şəxsləri təltif edib - Siyahı
Məktəb direktoruna təzyiq altında ərizə yazdırıblar - Fotolar
Hərbi xidmətə çağırış başlayır
İcra hakimiyyətinin 43 əməkdaşı vəzifədən azad edilib
Ramazanın 6-cı günü: dua, imsak və iftar vaxtı
DTX Gültəkin Hacıbəylinin evində axtarış aparıb - (Yenilənib)
Tarix: 25-02-2026 10:09 | Bölmə: Cəmiyyət

Ömər Yaqi
Nobel mükafatı laureatı Ömər Yaqi növbəti dəfə dünya elmini təəccübləndirib.
Reyting.az-ın məlumatına görə, İordaniya vətəndaşı olan və pedaqoji fəaliyyəti ilə bağlı uzun illərdir ABŞ-da yaşayan kimyaçı alim Ömər Yaqinin yeni ixtirası, havadan sutkada tonlarla içməli su əldə edə bilən qurğudur.
Kaliforniya Universitetinin professoru, 2025-ci ildə kimya sahəsindəki elmi nailiyyətlərinə görə Nobel mükafatına layiq görülmüş Ömər Yaqinin yeni kəşfi elm aləmində çox böyük marağa səbəb olub.
"The Guardian" nəşrinin məlumatına görə, yeni qurğu sutkada 1 000 litrə qədər təmiz su istehsal etmək gücünə malikdir.
Texnologiya ratikulyar kimyaya əsaslanır və hətta səhraya yaxın şəraitdə belə havadakı rütubətdən qidalanmağa, yəni "su ehtiyatı" toplamağa imkan verir.
Qurğu standart dəniz konteyneri ölçüsündədir və tam aşağı potensiallı istiliklə işləyir, həm də elektrik şəbəkələrinin, mərkəzləşdirilmiş su xətlərinin heç bir texniki yardımına ehtiyac olmadan tam gücü ilə fəaliyyət göstərir.
Tədqiqatçılar bildiriblər ki, yeni kəşf xüsusilə təbii fəlakətlərdən daha çox zərər çəkmiş ərazilər və quraq bölgələr üçün aktualdır.
Mütəxəssislər vurğulayıblar ki, Karib hövzəsində, o cümlədən 2024-cü ildə baş verən "Beryl" qasırğasından az sonra su qıtlığı ilə üzləşən Qrenada adalarında qısa zamanda bu yeni texnologiyanın tətbiqi yeganə, ən optimal və ən real çıxış yolu kimi görsənir.
Ömər Yaqi su çatışmazlığının qlobal miqyasına diqqət çəkməklə, həm də bu cür elmi həllərin iqlim çağırışları ilə bağlı mübarizədə ən vacib, həmçinin çox önəmli məsələ olduğunu vurğulayıb.
Onu da qeyd edək ki, BMT-nin yeni məlumatına görə, hazırda dünyada 2,2 milyard insan böyük təhlükə ilə üz-üzədir və təhlükəsiz içməli suya çıxışdan məhrumdur.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək