Daha iki itkin-şəhidimiz torpağa tapşırılıb - Foto
Tarix: 19-02-2026 14:27 | Bölmə: Cəmiyyət

Daha iki itkin-şəhidimiz torpağa tapşırılıb

Birinci Qarabağ müharibəsində itkin düşmüş hərbçi Azad Sabir oğlu Cəlilovin nəşinin qalıqları Ucar rayonunun Alpout kəndində aliləsinə təhvil verilib.

Reyting.az APA-ya istinadla xəbər verir ki, şəhidlə vida mərasimində Ucar rayon İcra Hakimiyyətinin rəhbərliyi, kənd sakinləri, şəhid ailələri, qazilər və şəhidin ailə üzvləri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşinin qalıqları Alpout kənd qəbiristanlığında dəfn olunub.

Şəhid Azad Sabir oğlu Cəlilov 1975-ci ildə Ucar rayonunun Alpout kəndində anadan olub. 1994-cü ildə Kəlbəcər rayonunun Bağırlı kəndinin Murovdağ silsiləsində itkin düşüb.

***

Birinci Qarabağ müharibəsində digər itkin düşən hərbçisi Vüqar Səlim oğlu Babayevin nəşinin qalıqları Göyçay rayonunda ailəsinə təhvil verilib.

Əvvəlcə Göyçayın Qarabaqqal kəndində şəhid hərbçi ilə vida mərasimi keçirilib.

Mərasimdə kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra itkin şəhidin qalıqları Göyçay şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb, dualar oxunub.

Qeyd edək ki, Vüqar Babayev 1994-cü ildə Kəlbəcər rayonu Yanşaq kəndi ərazisində gedən döyüşlər zamanı itkin düşüb.





Bölməyə aid digər xəbərlər