Pezeşkian: İran nüvə silahlarına qarşıdır
Tarix: 26-02-2026 12:13 | Bölmə: Xəbərlər

Pezeşkian: İran nüvə silahlarına qarşıdır

“İran heç vaxt atom bombası hazırlamağa çalışmayıb”.

Reyting.az xəbər verir ki, bunu Cenevrədə ABŞ ilə danışıqların üçüncü raundundan əvvəl İran prezidenti Məsud Pezeşkian deyib.

“Düşmənlərimiz deyirlər ki, İran nüvə silahı yaratmamalıdır, amma biz dəfələrlə nüvə silahı yaratmadığımızı bildirmişik”, - deyə o, İranın dövlət televiziyasında bildirib.

Onun sözlərinə görə, İranın ali rəhbər Ayətullah Əli Xamnəi 2003-cü ildə fətva (dini hökm) verib və bu fətva nüvə silahı istehsalını qadağan edir.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər