Urusun adamı - Etibar Cəbrayıloğlu yazır
Dövlət Agentliyinin sədri vəzifədən azad edilib
Polkovnikə maraqlı məktub - Fotolar
Keçmiş rektorun milyonluq mülkləri müsadirə olunub - Siyahı
Rusiya ABŞ-a İranla bağlı çağırış edib
Ağdərənin 4 kəndinə köç karvanı gedib - (Yenilənib)
Prezident bu şəxsləri təltif edib - Siyahı
Məktəb direktoruna təzyiq altında ərizə yazdırıblar - Fotolar
Hərbi xidmətə çağırış başlayır
İcra hakimiyyətinin 43 əməkdaşı vəzifədən azad edilib
Ramazanın 6-cı günü: dua, imsak və iftar vaxtı
DTX Gültəkin Hacıbəylinin evində axtarış aparıb - (Yenilənib)
Tarix: 26-02-2026 11:59 | Bölmə: Xəbərlər

Böyük Britaniya ukraynalı ailələrə sığınacaq verməkdən imtina edir və onlara Ukraynanın “təhlükəsiz bölgələrinə” köçməyi məsləhət görürlər. Hətta həmin ailələrə partlayışların yaradacağı panik hücumların təsirlərini azaltmaq üçün uşaqlara səs-küyü ləğv edən qulaqcıqlardan istifadə də tövsiyə olunur.
Reyting.az xəbər verir ki, “Sky News” bu barədə bir neçə ukraynalı ailənin ifadəsinə istinadla yazıb.
Məlumata görə, sığınacaq verilməyən ailələrə deyiblər ki, müharibənin beşinci ilinə qədəm qoymasına baxmayaraq, Ukraynanın bəzi hissələri təhlükəsiz hesab olunur.
Qeyd edək ki, Rusiyanın 2022-ci ilin fevral ayında tammiqyaslı işğalından sonra təxminən 310.000 ukraynalı xüsusi viza proqramları çərçivəsində Böyük Britaniyaya gəlib. Xüsusilə, “Ukrayna üçün mənzil” sxemi Britaniya vətəndaşlarına Ukrayna vətəndaşlarını və onların ailə üzvlərini himayə etməyə imkan verib. Proqram iki dəfə uzadılıb və hazırda onların 2028-ci ilin sentyabr ayına qədər ölkədə qalmasına imkan yaradır.
Lakin əksər ukraynalıların statusunu daimi olaraq tənzimləmək üçün heç bir mexanizm yoxdur. Jurnalistlərin sözlərinə görə, bəzi ailələr sığınacaq üçün müraciət etsə də, imtinaların sayı artır. Ərizələrin əksəriyyəti 2025-ci ilin aprel ayına qədər təsdiqlənsə də, 2024-2025-ci illərdə bu rəqəm kəskin şəkildə azalıb.
Britaniya Daxili İşlər Nazirliyi imtina məktublarında müraciət edənlərə Qərbi Ukraynaya və ya Kiyevə köçməyi məsləhət görür. Ailələr vurğulayırlar ki, hətta bu ərazilər də mütəmadi olaraq raket və pilotsuz təyyarə hücumlarına məruz qalır.
V. QULİYEV
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək