DTX Gültəkin Hacıbəylinin evində axtarış aparıb - (Yenilənib)
Tarix: 24-02-2026 23:40 | Bölmə: Slayd

DTX Gültəkin Hacıbəylinin evində axtarış aparıb - (Yenilənib)

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) sabiq deputat Gültəkin Hacıbəylinin evində axtarış aparıb.

Reyting.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Gültəkin Hacıbəylinin evində əməliyyat tədbiri Ramiz Mehdiyev və digərləri barəsində başlanılmış cinayət işi çərçivəsində həyata keçirilib.

Sabiq deputat istintaq orqanına şahid qismində ifadə verməyə dəvət olunub.

***

Gültəkin Hacıbəyli Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində ifadə verib.

Reyting.az xəbər verir ki, o, müstəntiqin suallarını cavablandırdıqdan sonra sərbəst buraxılıb.





Bölməyə aid digər xəbərlər