Çin tank sayına görə lider ölkədir
Tarix: 26-02-2026 16:01 | Bölmə: Xəbərlər

Çin tank sayına görə lider ölkədir

Döyüş tanklarının sayına görə lider olan ölkələrin adları açıqlanıb.

Reyting.az xəbər verir ki, amerikalı hərbi ekspertlərin son təhlillərinə görə, hazırda dünyada ən böyük və əsas döyüş tankı ordusu Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) ixtiyarındadır.

Çinin ordusunda təxminən 6800-7000 müasir modelli tank var və bu göstərici artmaqda davam edir.

Qeyd olunur ki, Çin köhnə hərbi texnikanı mərhələli şəkildə yeni nəsil platformalarla əvəzləyir.

Bildirilir ki, Çinin tank qoşunlarının əsas qüvvəsini "Type 99", "Type 99A" (1300 ədəd), ən kütləvi döyüş texnikası hesab edilən, sayı 2500-dən çox olan "Type 96A" və "Type 96B" tankları təşkil edir.

Bundan əlavə, Çin hərbi qüvvələrinə yenicə daxil edilmiş və dağlıq, müxtəlif çətin relyef şəraiti üçün nəzərdə tutulan, çəkisi yüngül "Type 15" tankları da silah parkının mühüm bir hissəsi hesab olunur.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər