Urusun adamı - Etibar Cəbrayıloğlu yazır
Dövlət Agentliyinin sədri vəzifədən azad edilib
Polkovnikə maraqlı məktub - Fotolar
Keçmiş rektorun milyonluq mülkləri müsadirə olunub - Siyahı
Rusiya ABŞ-a İranla bağlı çağırış edib
Ağdərənin 4 kəndinə köç karvanı gedib - (Yenilənib)
Prezident bu şəxsləri təltif edib - Siyahı
Məktəb direktoruna təzyiq altında ərizə yazdırıblar - Fotolar
Hərbi xidmətə çağırış başlayır
İcra hakimiyyətinin 43 əməkdaşı vəzifədən azad edilib
Ramazanın 6-cı günü: dua, imsak və iftar vaxtı
DTX Gültəkin Hacıbəylinin evində axtarış aparıb - (Yenilənib)
Tarix: 26-02-2026 13:07 | Bölmə: Siyasət

İran və ABŞ arasında Omanın vasitəçiliyi ilə keçirilən nüvə danışıqlarının üçüncü raundu İsveçrənin Cenevrə şəhərində başlayıb.
Reyting.az xəbər verir ki, İran mediasının məlumatına görə, danışıqlar yerli vaxtla təxminən saat 09:00-dan start götürüb.
Danışıqlar Omanın Cenevrədəki səfirliyinin iqamətgahında keçirilir.
Cenevrə danışıqlarında İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edir, ABŞ tərəfini isə prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff təmsil edir. Trampın müşaviri Cared Kuşner də ABŞ nümayəndə heyətinin tərkibindədir.
Danışıqlar Oman xarici işlər naziri Bədr bin Həmid əl-Busaidinin koordinasiyası altında aparılır.
Qeyd edək ki, 2025-ci ilin iyun ayında İsrail və ABŞ-nın İrana hücumları ilə dayandırılan İran və ABŞ arasında nüvə danışıqları, əsasən Türkiyənin, regional ölkələrin təşəbbüsləri və Omanın vasitəçiliyi ilə yenidən canlanıb.
ABŞ hücum təhdidlərini və kütləvi hərbi gücünü artırmağa davam edərkən, tərəflər 6 fevralda Omanda dolayı danışıqlar üçün görüşərək əlaqələri davam etdirmək barədə razılığa gəliblər. Danışıqlar daha sonra 17 fevralda Cenevrədə davam edib. Tərəflər danışıqlarda irəliləyişlər barədə məlumat veriblər və 26 fevralda Cenevrədə yenidən görüşmək barədə razılığa gəliblər.
İran atom bombası istehsalının qarşısını alacaq məhdudiyyətlər çərçivəsində nüvə proqramını davam etdirməsi müqabilində sanksiyaların ləğvini tələb edir. Digər tərəfdən, ABŞ Tehranın uran zənginləşdirmə fəaliyyətlərini tamamilə dayandırmasını və yüksək zənginləşdirilmiş uran ehtiyatını ölkədən çıxarmasını istəyir.
Danışıqlarda zənginləşdirmə dərəcəsinin məhdudlaşdırılacağı səviyyə, təxminən 440 kiloqramlıq 60 faizə qədər zənginləşdirilmiş uran ehtiyatının statusu və sanksiyaların ləğvi üçün cədvəl və yoxlama mexanizmləri müzakirə olunur.
V. QULİYEV
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək