İran uranın zənginləşdirilməsini dayandıra bilər
Tarix: 26-02-2026 19:26 | Bölmə: Siyasət

İran uranın zənginləşdirilməsini dayandıra bilər

İran uranın zənginləşdirilməsi ilə bağlı "müəyyən təsir gücünə" malikdir və Tehranla Vaşinqton İranın qeyri-nüvə statusu ilə bağlı ortaq mövqedədir.

Reyting.az xəbər verir ki, bunu İranın strateji məsələlər üzrə keçmiş vitse-prezident müavini Sasan Kərimi "Əl-Cəzirə"yə açıqlamasında deyib.

Onun sözlərinə görə, İran etimad yaratmaq və əlavə addımlar atmaq üçün bir müddət yüksək səviyyəli uranın zənginləşdirilməsində müəyyən fasilə təklif edə bilər. “Lakin bu, pulsuz olmayacaq və bunun müqabilində, xüsusən də sanksiyaların aradan qaldırılması ilə bağlı müxtəlif güzəştlər almalı olacaq", - deyə o əlavə edib.

İranın raket proqramlarına gəldikdə, Kərimi bunun, xüsusən də ABŞ-nın bölgədə silahlanması nəzərə alınmaqla, mümkün olmadığını söyləyib.

O qeyd edib ki, dünyadakı digər normal ölkələr kimi, İranın da cavab vermək üçün kifayət qədər ənənəvi hərbi resursları olmalıdır.

E. KAMAL





Bölməyə aid digər xəbərlər