Lənkəranda torpaq sürüşməsi - 7 kəndi birləşdirən yol dağılıb
Tarix: 25-02-2026 11:14 | Bölmə: Cəmiyyət

Lənkəranda torpaq sürüşməsi - 7 kəndi birləşdirən yol dağılıb

Lənkəran rayonunda torpaq sürüşməsi baş verib, Hirkan–Daşdatük–Biləsər yolunda asfalt qatı çöküb.

Məlumata görə, sürüşmə rayonun Hirkan–Daşdatük–Biləsər avtomobil yolunda qeydə alınıb.

Sürüşmə nəticəsində yolun asfalt qatı çöküb və nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.

Qeyd edək ki, sözügedən yol rayonun 7 yaşayış məntəqəsini Lənkəran şəhəri ilə birləşdirir/Report.





Bölməyə aid digər xəbərlər