20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Hakim partiyadan olan deputatın oğlu tutuldu
Tarix: 16-05-2019 16:08 | Bölmə: Cəmiyyət / Xəbərlər
Hakim partiyadan olan deputatın oğlu  tutuldu

Moskva vilayətinin hüquq-mühafizə orqanları İnquşetiya parlamentinin “Vahid Rusiya” partiyasından olan deputatı Zakri Mamilovun oğlunu istintaq təcridxanasına yerləşdiriblər.

Reyting.az Rusiya mediasına istinadla bildirir ki, deputat Moskva vilayətində iş icraçısı işləyən oğlunu n terror aktı cinayət işi üzrə iki ay həbs edildiyini təsdiqləyib.

“Mənə məlum olduğuna görə, oğlum hazırda Kaşiradakı istintaq təcridaxanasındadır”, - bunu söyləyən Mamilov qeyd edib ki, məhkəmə həbs qərtimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müraciəti təmin etməyib.

İnquşetiyalı deputat oğlunnun terrorçu olduğuna inanmır və iddia edir ki, axtarış zamanı qadağan olunmuş heç nə tapılmayıb.

Hüquq-mühafizə orqanları isə başqa cür düşünür. Mamilovun oğlu ilə birlikdə tikintidə işləyən Azərbaycan və Orta Asiyadan olan bir neçə nəfər də saxlanılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq
20-11-2024, 08:43 Şamaxıda zəlzələ olub

bütün xəbərlər