20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Tibb müəssisələri 5 ildən bir akkreditasiyadan keçəcək
Tarix: 30-05-2019 13:51 | Bölmə: Cəmiyyət
Tibb müəssisələri 5 ildən bir akkreditasiyadan keçəcək

“Əhalinin sağlamlığının qorunması haqqında” qanuna yeni 7-1-ci maddə (Tibb müəssisələrinin akkreditasiyası) əlavə edilib.

Reyting.az
xəbər verir ki, yeni maddəyə əsasən, tibb müəssisələrinin akkreditasiyası əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin, tibb müəssisələrinin fəaliyyətinin normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi və əhalinin yüksək keyfiyyətli tibbi xidmət göstərən tibb müəssisəsi tərəfindən müayinə və müalicə olunması üçün hüququnun təmin edilməsi məqsədilə aparılıb.

Tibb müəssisələrinin akkreditasiyası qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiqləyir.

Tibb müəssisələrinin akkreditasiyasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etidiyi orqan (qurum) həyata keçirir. Tibb müəssisələrinin akkreditasiyasına görə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.

Tibb müəssisələrinin akkreditasiyası hər 5 ildən bir həyata keçirilir. Akkreditasiyadan keçən tibb müəssisələrinə akkreditasiya haqqında şəhadətnamə verilir.

Qanun layihəsinə dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər