11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Xırdalanda “KamAZ”la azyaşlını vurub qaçan sürücü saxlanılıb
Tarix: 26-06-2019 13:11 | Bölmə: Cəmiyyət
Xırdalanda “KamAZ”la azyaşlını vurub qaçan sürücü saxlanılıb

Abşeron rayonunda yolu keçən azyaşlını avtomobillə vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

DİN Mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, iyunun 25-də saat 18 radələrində Xırdalan şəhərinin Nizami küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini, azyaşlı Məhəmməd Xəlilov vurulub və hadisə yerində ölüb.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "KamAZ” markalı avtomobillə törədildiyi müəyyən edilib.

Yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsini idarə edən Masazır kənd sakini F.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}